19:49 Bazar Ertəsi, 23 Iyul 2018
GƏNCLİK

“Öz peşəni seç” layihəsi çərçivəsində yekun tədbir keçirilidi

11:34, 20.12.2017530
“Öz peşəni seç” layihəsi çərçivəsində yekun tədbir keçirilidi

"Öz peşəni seç” yekunlaşdı


AZXEBER.COM-a verilən məlumata görə, layihə Alidə İbrahimova tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
 
Tədbirdə Alidə İbrahimova iştirakçılara layihə haqqında məlumat verib. Layihənin məqsədindən danışan Alidə İbrahimova öz iş fəaliyyətini nümunə gətirib, öz həvəsi və ailəsinin dəstəyi ilə bu gün çox sevdiyi peşə sahəsində - makiyaj ustası çalışdığını deyib. 
 
Layihənin eksperti Nurlan Cabbarov yeniyetmələri salamlayaraq, onlara müxtəlif peşələr haqqında məlumat verib. Günün tələbinə uyğun peşələrdən (PR meneceri, İT mütəxəssisi, turizm bələdçisi və s.) danışıb. Yeniyetmələrə peşə seçimində məsuliyyətli olub, düzgün qərar verməyi arzulayıb.
 
Məktəbin tarix müəllimi Jalə Hidayətova yeniyetmələrə müxtəlif sahələrədə təhsil alıb amma fərqli peşələrdə çalışıb uğur əldə edənlərdən danışıb və peşə təhsilinə marağın artırılmasının vacibliyini qeyd edib. Jalə Hidayətova istənilən sahədə peşəkar olmağın ilk olaraq doğru seçimdən asılı olduğunu vurğulayıb.
 
Sonda layihə rəhbəri hər kəsə təşəkkür edərək, yeniyetmələrə seçdikləri peşənin peşəkarı olmağı arzulayıb.
XƏBƏR LENTİ