Zahir Əzəmət: "Hamı deyir “pul yoxdur, reklam yoxdur”, amma pul olsa nə dəyişəcək ki?" - MÜSAHİBƏ

25 Aprel 2017, 14:11
AAA

Bu gün tanınmış jurnalist Zahir Əzəmətin 42, rəhbəri olduğu "Qaynarinfo"nun isə 10 yaşı tamam olur. Zahir bəylə söhbətimiz də onun ad gününə təsadüf etdi. 


- Zahir bəy, sizi təkcə 10 yaşlı saytın baş redaktoru kimi yox, ən əsas Azərbaycanda internet medianın flaqmanı kimi tanıyırıq. Bu gün həm sizin, həm də "Qaynainfo”nun ad günüdür. İlk sualım belədir: "Qaynarinfo" bu 10 ildə cəmiyyətə nə verib?

- Xoş sözlərə görə təşəkkür edirəm. Amma hesab edirəm ki, məndən əvvəl də, məndən sonra da internet mediasının inkişafına böyük ölçüdə təsir edən şəxslər və layihələr az olmayıb. O da doğrudur ki, biz yarananda yalnız agentliklər, bir neçə qəzetin internet versiyası və 3-4 xəbər saytı vardı. Onların iş rejimi də indiki kimi deyildi. Ara günlərdə saat 18:00-dan sonra xəbər qoymur, şənbə-bazar günləri işləmir, nadir hallarda video və ya fotosessiyalar edirdilər. Saytların dizaynı, texniki imkanları çox bəsit idi. Biz bu streotipləri dəyişdik. Demək olar ki, fasiləsiz, gecə-gündüz demədən çalışdıq və qısa zamanda populyarlıq qazandıq. Həm də o vaxtlar idi ki, qəzetlər dominat idi, bir xəbər saytının geniş oxucu toplaya biləcəyinə inanlar az idi. Biz bütün mənada alternativ mediaya çevrildik. "Qaynarinfo” yeni başlayan jurnalistlərin, könüllülərin və təcrübəli həmkarlarımızın ortaq platformasına çevrildi. Medianın iqtidar-müxalifət mediasına bölündüyü bir vaxtda, bizdə bütün tərəflər eyni dərəcədə tənqid və təmsil olunmağa başladı. Bütün bunlar o vaxt üçün yenilik idi əlbəttə. Biz bunu qazandırdıq, biz mediaya çoxsaylı müəlliflər, gənclər qazandırdıq. Bizdən sonra yaranan heç bir xəbər saytına rəqib kimi yox, yol yoldaşı kimi yanaşdıq, imkanımız daxilində dəstək olduq. Bu gün az qala hər bir saytda bu və ya digər dərəcədə bizə bağlı olan şəxslər, kadrlar var. Hamı ilə sağlam, dostluq münasibətlərimiz var. Bunlar az şey deyil. Məsələn, 10 il öncə bir müxalifət qəzetinin jurnalisti ilə, məsələn, "Yeni Azərbaycan” qəzetinin müxbirini bir restoranda, bir çayxanada, bir masada görmək sensasiya sayılardı. Amma internet mediası bu qarşıdurma ənənəsini aşa bildi.

- Hər zaman yeniliklər axtaran, kreativ ideyalar irəli sürən baş redaktor olmusuz. Bir media kapitanı olaraq Azərbaycan mediasının bugünkü durumu sizi qane edirmi?

- Qane etmir. İstər "Qaynarinfo” olsun, istər "Azxəbər” olsun, istər digər dost saytlar- hamımız aşağı-yuxarı eyni problemləri yaşayırıq. Əksər saytların tərzi eynidir. Başlıq tipindən tutmuş, yazı üslubuna və məzmuna qədər. Bir çox hallarda hətta texniki məsələlər və tərtibat da oxşardır. Bütün bunlardan danışanda isə səbəb kimi eyni şeyi göstəririk: "Pul yoxdur, reklam yoxdur”. Amma pul olsa nə dəyişəcək ki? Öncə yanaşmamızı dəyişməliyik. Maddi sıxıntı və asılılıqdan qurtulmağın daha sivil yollarını axtarmalıyıq. Bəlkə də saytlarımızın idarəetməsinə menecerlər. marketoloqlar cəlb etməliyik. Gücümüzü bizi təsir altında saxlamağa çalışan kənar mənbələrin axtarışından daha çox, daxili potensialımızn kəşfinə yönəltməliyik. Əgər bir sayta gündə 50-100 min arası oxucu girirsə, deməli o, yalnız bir xəbər saytı deyil, həm də ölkənin, hətta bütün Qafqazın ən böyük bazar yeri, virtual ticarət mərkəzi, insanların könüllü toplaşdığı bir qovşaqdır. Bəs bu böyük axından necə yararlanmalı? Bu nəhəng trafiki necə pula çevirməli? Bizim əsas səhvimiz həm də odur ki, "hər şeyi hamıdan yaxşı bilirəm” qənaətindəyik. Halbuki bu işi daha yaxşı bacara biləcək menecerlər var, onları cəlb etməli və çıxış yolu axtarmalıyıq. Jurnalistin işi yazı yazmaqdır, amma bir saytın əməkdaşlarının daha böyük qismini dizaynerlər, proqramçılar, marketololqar təşkil etməlidir. Biznes struktura çevrilməliyik. Yoxsa yaxın 2-3 il içində yaranan yeni situasiya bir çox saytın başını yeyəcək. Yenilənmək və fərq yaratmağın zamanıdır artıq. Yeni tendensiyalarla ayaqlaşmaq lazımdır.

- Zahir bəy, ilk zamanlar "Qaynarinfo”da müxalifətə geniş yer ayırırdız. Ancaq son illər görürük ki, saytınız siyasətə çox da qarışmır. Bu nə ilə bağlıdır?

- Bayaq dediyim kimi, təkcə müxalifətə yox, həm də qarşı tərəfə, üçüncü- müstəqil və fərqli düşünən insanlara da geniş yer verən bir platforma idik. O zamanlar ictimai-siyasi həyat da qaynar idi. Məsələn, müəyyən mitinqlərə bəzən yüzminlərlə insan toplaşırdı, yəni yazdıqlarımızı oxumaq istəyən böyük bir auditoriya var idi. Amma bu gün mitinqlərə yüzlərlə adam gedir, onun da yarısı jurnalistlər və hüququ-mühafizə orqanlarının əməkdaşları olur. Oxucu bu gün siyasi yazıları oxumur. Amma biz yenə də öz istiqamətimizi qoruyub saxlamışıq. Bu gün də "Qaynarinfo” bütün tərəflərin normalar çərçivəsində öz fikrini rahat ifadə edə biləcəyi bir məkan olaraq qalır. Məsələn, "Qaynarinfo”nun köşə yazarı, illərin siyasi təhlilçisi, çox dəyərli yazar Hüseynbala Səlimov həftəlik köşələrində mütəmadi hakimiyyəti tənqid və təhlil edir. İqtidar partiyasının təmsilçilərinin açıqlama və müsahibələrinə də geniş yer verilir. Bütün tərəflərə eyni məsafədə qalmağa çalışırıq. Amma hamı üçün eyni dərəcədə açıq platforma olmaq ayrı şeydir, onlardan hanısınsa təbliğat ruporu olmaq ayrı şey. Biz heç bir tərəfə yox, oxucuya faydalı olmağa çalışırıq və bu, hər zaman da belə qalacaq.

- Saytın bu günə qədər bir neçə baş redaktoru olub, onların hər biri də siyasi mövqeyi olan şəxslərdir. Sizcə siyasətlə məşğul olan adamın baş redaktor olması nə dərəcədə düzgündür?

- Məsələn, Fərid Şahbazlı hökümətyönlü, Şəmşad Ağa isə müxalifyönlü olub. Mən də liberal dəyərlərin tərəfdarı olan bir adamam. Hər bir vətəndaşın, habelə jurnalistin hansısa siyasi baxışları ola bilər. Önəmli olan bunu işinə yansıtmamasıdır. Bir sayta gün ərzində onminlərlə insan girirsə, o saytı necə bir şəxsin tribunasına çevirmək olar? Şükür ki, bəzi qüsurlarımıza baxmayaraq, ümumilikdə öz yolumuzdan sapmamışıq. Ən çətini də budur.

- Bu gün görürük ki, bir zamanlar "siyasi məhbus”, "hüquq müdafiəçisi, partiya sədri olan şəxslər xəbər saytı açırlar. Sizcə bu nə ilə bağlıdır?

- Olsun. Biz onun ortaya qoyduğu məhsulu, saytı dəyərləndirək. Bir də elə məsələlər var ki, zamanın öhdəsinə buraxmaq lazımdır. Məsələn, ümumi danışmaq əvəzinə. Bir az konkretləşdirək. Götürək Eynulla Fətullayevi. Adam həm rus, həm azərbaycan dilində istedadlı mətnlər ortaya qoya bilir. Adam bir çox maraqlı media layihələri yarada bilib. Mənim fikrimcə, onun başlıca qüsuru istedadına rəğmən ədalətli ola bilməməsidir. Pərviz Həşimlini nəzərdə tutursunuzsa, o da köhnə həmkarlarımızdan biridir, qələmi və xəbər duyumu yaxşıdır. Yeni layihə başlayıb. Haqsız həbsindən dolayı bir az bəlli struktur və şəxslərə qarşı qəzəbini unutmağı bacarsa, saytını daha da inkişaf etdirə biləcək. Ruslan Bəşirlini deyiriksə, onun da saytı seçilən saytlardan biridir, kollektivində yetərincə peşəkar olan təcrübəli jurnalistlər çalışır. Başqalarını da misal gətirə bilirik. Rəqabət və zaman özü hər şeyi həll edəcək. Daha yaxşı, daha güclü olanlar zamanla önə çıxacaq və ayaqda qalacaq. İndi bütün saytların qarşısında eyni sual dayanır: necə bir fərq yaratmalı, necə ayaqda qalmalı? Çünki situasiya 5-10 il əvvəlki kimi deyil.

- Azərbaycanda bir müddət öncə bir neçə baş redaktor reket adıyla həbs edildi. Sizcə bu hadisədən sonra reket medianın qarşısı alındı?

- Məncə, tam yox, həbs olunan birinin yerini digəri tutacaq və tutub da. Önəmli olan səbəblərin aradan qaldırılmasıdır. Tək rüşvət alanı yox, rüşvət verəni də həbs etmək lazımdır və qanunvericilik də bunu tələb edir. Digər tərəfdən dövlət qurumları, məmurlar və iş adamları da ciddi mətbuata daha açıq olmalı, öz informasiya siyasətlərini düzgün qurmalı, sorğulara operativ cavab verməlidir. Yalan informasiyalar yox, həqiqət danışmalıdırlar. Problemləri səmimi etiraf etməkdən çəkinməməlidirlər. Özünü tənqidi formalaşdırmalıdırlar və s.

- Yəqin ki, bu 10 ildə sizi də təhdid edən, hədə qorxu gələn məmurlar olub. Bu hadisələrlə bağlı ən yaddaqan nə olub?

- Müəyyən məhkəmə çəkişmələrimiz olub, hər birində də məhkəməni udmuşuq. Hazırda da "KFC” ilə iki uşağın zəhərlənməsi ilə bağlı dərc etdiyimiz sənədli-sübutlu bir xəbərə görə məhkəmə prosesimiz gedir. Amma heç vaxt hansısa açıq və ya birbaşa formada təhdid almamışıq. Belə bir faktla üz-üzə qalmamışıq.

- Sonuncu sualım. Nə vaxtsa jurnalistikadan uzaqlaşmağı düşünürsüz və ya son zamanlar dəb halını alan mühacir həyatı yaşamağı düşünmüsüz?

- Əslində bugünkü işim də jurnalistika deyil. Mən "Qaynarinfo”nun meneceriyəm, nadir hallarda yazı yazıram. Buna zamanım da olmur doğrusu. Bir çox fərqli internet layihələrimiz də var, onlar da xeyli vaxt alır. Ölkəni yalnız bir halda tərk edə bilərəm, hansısa layihəmizin böyüməsi, xaricə açılması bunu tələb edərsə. Mən ölkəmi sevirəm və hesab edirəm ki, hətta bu ölkəni tərk edənlər də bu ölkəni sevir, sadəcə mən burda qalıb faydalı olmağa çalışıram. Bütün problemlərə rəğmən. Digəri kənarda daha faydalı ola biləcəyini düşünürsə, qoy olsun. Amma istər burada, istər mühacirətdə əlindən heç bir iş gəlməyən insanlar da az deyil və təəssüf ki, çoxluq təşkil edir. Qoy elə bir ölkə quraq ki, heç kim buranı tərk etmək zərurəti hiss etməsin, hamıya sahib çıxmağı öyrənək, hamını sevək. Sözdə yox, əməldə də tolerant olmağı unutmayaq. Mühacirət – həm də beyin axını deməkdir, mütəxəssislərin, savadlı kadrların daha münbit şəraitə daşınması deməkdir. Hamını vətənpərvərlik nağılı ilə bir çətirin altına yığmaq mümkün deyil. İnsanların təbii istəkləri də var. İş, karyera, normal gəlir, ideyalarının dəyərləndirilməsi və s. Biz bu şəraiti quraq, hamını dinləməyi və dəyərləndirməyi öyrənək, dəstək olaq. Onda bu ölkədən beyinlər yox, avaralar və avantüristlər gedəcək. Ona da üzülməyə dəyməz.

Hacıbəy Heydərli,
AZXEBER.COM

Oxunma sayı : 2686

Loading...
SON XƏBƏRLƏR
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – FOTO - 24 İyul 2017, 17:50
Nazirlik vakant yerlərin siyahısını açıqladı: 7640 müəllimə ehtiyac var - 24 İyul 2017, 17:45
I və IV ixtisas qruplarının imtahan nəticələrini açıqlandı: Cəmi 2 nəfər 700 bal topladı - 24 İyul 2017, 17:43
DİN-dən azyaşlı uşağı zorlamaq istəyənlə bağlı AÇIQLAMA - 24 İyul 2017, 17:35
Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub - 24 İyul 2017, 17:33
Yetim Eyvazın oğlu müğənni imiş - VİDEO - 24 İyul 2017, 17:28
Qədim Kapadokyada Qarabağ küçəsinin açılışı oldu - 24 İyul 2017, 17:24
Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb - 24 İyul 2017, 17:11
Arvadını yatdığı yerdə öldürdü, uşaqlarının başını çəkiclə əzdi - Dəhşətli qətlin təfərrüatı - 24 İyul 2017, 16:51
Baş Prokurorluq arvadını çəkiclə öldürən kişi ilə bağlı məlumat yaydı - 24 İyul 2017, 16:35
"Mən 18.2 kv.m sahəsi olan 1 otaqlı mənzildə 3 uşaq böyütmüşəm" - Nahid Canbaxışlı yazır - 24 İyul 2017, 16:33
15 yaşlı gəncin meyiti Kürdən tapıldı - 24 İyul 2017, 16:12
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib - 24 İyul 2017, 16:09
Hacıbəy Heydərli: "Prezidentin jurnalistlərə "mənim köməkçilərim" deməsi mətbuata ən böyük diqqət və qayğıdır" - 24 İyul 2017, 16:02
Bakıda ana körpəsini əmizdirərkən öldü - 24 İyul 2017, 15:35
Azərbaycanda ən yaxşı özəl universitet hansıdır? - "Facebook"da açıq sorğu başladı - 24 İyul 2017, 15:30
Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda şok hadisə - 24 İyul 2017, 15:29
BDU-nun fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 15:14
Novxanı çimərliyində 2 qardaş boğularaq öldü - FOTO - 24 İyul 2017, 14:46
Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir - 24 İyul 2017, 14:39
Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü - 24 İyul 2017, 14:34
Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - 24 İyul 2017, 14:22
8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – TƏFƏRRÜAT - 24 İyul 2017, 14:06
Samirə yeni mahnısını təqdim etdi - VİDEO - 24 İyul 2017, 13:57
Rüşvətə alarkən həbs olunan baş həkim azadlıqda - 24 İyul 2017, 13:54
Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinə istirahətə yola düşdülər - 24 İyul 2017, 13:50
Sabiq deputatın əmlakı müsadirə olundu, 13 il azadlıqdan məhrum edildi - 24 İyul 2017, 13:29
Şəbnəmin hər kəsdən gizlətdiyi oğlunun - FOTOLARI - 24 İyul 2017, 13:27
“Azərbaycan” qəzeti dənizi hasarlayan və plyajları pullu edənləri “topa tutdu” - 24 İyul 2017, 13:09
“Prezidentin nəcib əməlinə qarşı kampaniya başlayıblar...” - VİDEO - 24 İyul 2017, 13:02
Faiq Əmirliyə hökm oxundu - 24 İyul 2017, 12:58
Bakıya gələn ərəb turist icarəyə götürdüyü avtomobili bu hala saldı - VİDEO - 24 İyul 2017, 12:58
"Gecə körpə ağlayırsa, onu bir saat qadın, bir saat kişi sakitləşdirməlidir" - QMİ sədrinin müavin - 24 İyul 2017, 12:44
Azərbaycanda qadın ərini öldürərək tövlədə basdırdı – FOTO - 24 İyul 2017, 12:24
İctimai TV-nin fəaliyyətində nöqsanlar aşkarlandı - 24 İyul 2017, 12:09
Rusiyada beş nəfərlik azərbaycanlı ailəsi yanaraq öldü - 24 İyul 2017, 12:05
"Seaside" restoranının məsul şəxsi çay istəyən müştərini təhqir etdi - FOTOLAR - 24 İyul 2017, 11:57
Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - 24 İyul 2017, 11:43
Naxçıvanda ağır qəza: ölən var - 24 İyul 2017, 11:33
"Zirə" Rəşad Sadiqovu qovdu - 24 İyul 2017, 11:27
Paytaxtda film kimi qəza - 005 nömrəli "BMW" yolu kəsdi, 6 maşın toqquşdu - 24 İyul 2017, 11:16
"Ermənilər yaşayış məntəqələrindəki mülki obyektlərə ziyan vurub" - Müdafiə Nazirliyi - 24 İyul 2017, 11:10
Avadını qətl edib, uşaqlarına ağır xəsarət yetirdi, sonra özünü öldürdü- Azərbaycanda qorxunc hadisə - 24 İyul 2017, 10:52
Bakı çimərliklərində dəhşətli gün: 3 nəfər öldü - 24 İyul 2017, 10:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10