xari

Zalkaliani: “Tbilisini Azərbaycan və Ermənistana müzakirə platforması kimi təklif edirik”

SİYASƏT
15:50 03.03.2021
212
"Gürcüstan qonşuları – Azərbaycan və Ermənistana Tbilisini iqtisadiyyat, biznes, insanlar arasında münasibətlər və mədəni əməkdaşlıqla bağlı konkret layihələrin müzakirəsi üçün platforma kimi təklif edir”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.

XİN başçısı Azərbaycan və Ermənistanın bu təklifi dəyərləndirəcəyinə ümidvar olduğunu bildirib.

D.Zalkalianin sözlərinə görə, Gürcüstan regionun əsas ölkələrindən biri kimi bölgədə baş verən önəmli proseslərdən və reallaşdırılan layihələrdən kənarda qala bilməz.
 
///Report

OXŞAR XƏBƏRLƏR