Zamanın dəyişən tələbləri - Enerjidən səmərəli istifadənin zəruriliyi

19 İyul 2017, 23:49
AAA

 

 

Emil Vəliyev

Enerji Auditor /Ətraf Mühit üzrə Ekspert

 

Enerji resurslarına olan tələbatın daim artması, karbohidrogen ehtiyatlarının məhdudluğu, ənənəvi enerji istehsalı zamanı qlobal iqlim dəyişikliyi, istehsal prosesi ilə əlaqədar yaranan texnogen problemlərin idarə olunmazlığı, enerji sektorunun qarşısında enerji bazarının inkişafı şəraitində məhsul istehsalının və xidmətlərin ən az enerji sərfiyyatı ilə həyata keçirilməsi və ilkin enerji resuslarına qənaət edilməsi kimi məqsədlər qoyulmuşdur.

Qloballaşan dünyada bir çox dövlətlər öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qu­rurlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafın əsas məqsədi ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacla­rı üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslardan istifadə olunarkən yalnız hazırkı vəziyyətə deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyaclarına da önəm verilməlidir.

Bu səbəbdən keçən əsrin son illərində bir sıra dövlətlərdə yaranmış enerji qıtlığı, enerji resurslarından səmərəli istifadə məsələlərinə yeni nöqteyi nəzərdən baxılmasını aktuallaşaraq energetika sahəsində "enerjiyə qənaət” adlı müstəqil bir istiqamət yarandı.

Enerji qənaətinə malik olan texnikanın istehsalı və istismarı, texnoloji proseslərin işlənməsi, xüsusilə alternativ enerji mənbələrinin istifadəsi üçün metod və usulların yaradılması, enerjinin qənaətli istifadəsinin stimullaşdırma sisteminin təşkili və enerjiyə qənaətenerji resurslarından səmərəli istifadə elmininəsas tərkib hissələridir.

Aparılan təhlillər göstərir ki, 1 ton enerji resursunun qənaətinə çəkilən xərc həmin resursun istehsalına çəkilən xərcdən 2-2.5 dəfə azdır. Enerji qənaəti təmin edən binalarda adətən, isitmə və soyutma üçün sərf olunan enerjinin azaldılması üçün yüksək izolyasiya, enerji qənaəti təmin edən pəncərələr, aşağı hava sızma səviyyəsi və istiliyi saxlayan ventilyasiyadan istifadə edilir. Həmin binalarda, həmçinin passiv günəş binası layihəsi texnikası və yaxud aktiv günəş texnologiyaları tətbiq edilə bilər. Belə evlərdə, duş qəbulundan sonra, qabyuyan və paltaryuyan maşının istiliyini regenerasiya etmək üçün isti su istiliyi resirkulyasiyası texnologiyalarının tətbiqi tövsiyə olunur. Smart" sistem və Smart şəbəkə texnologiyalarından geniş istifadə etməklə enerjiyə tələbatın minimuma endirilməsi prioritet istiqamətlərdən hesab olunur.

Enerjinin daha səmərəli istifadə onun effektivliyinin artırılması iqtisadi əhəmiyyət daşıdığı kim ekoloji baxımdan da çox vacibdir. Beynəlxalq miqyasda prioritet sayılan iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən istifadə edilməsi və onun daha təmiz mənbələrdən alınması qlobal məqsəd kimi müəyyənləşdirilib. Bu, eyni zamanda digər qlobal problem olan davamlı inkişaf və ekoloji sivilizasiyaya keçidin vacib şərtidir.

Avropa İttifaqına üzv olan ölkələr tərəfindən 2009-cu ildə bir mənbədən enerji asılılığının azaldılması, enerji təhlükəsizliyi və enerji effektivliyi məsələlərinin həll edilməsi, həmçinin vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə "20-20-20” hədəfləri qəbul olunmuşdur. Direktivin tələblərinə əsasən, 2020-ci ilə qədər Aİ ölkələrində öhdəliklər bərpa olunan mənbələrdən enerji istehlakının payının 20 faizə qədər çatdırılması, enerji səmərəliliyinin 20 faizə qədər artırılması və istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faizə qədər azaldılması kimi müəyyən olunmuşdur.

Təbii resursların zənginliyinə baxmayaraq, enerji problemləri Azərbaycandan kənar keçmədi. Odur ki, istehsaldan tutmuş məişətə kimi, enerji resurslarından istifadənin bütün sahələrində hədsiz israfçılığı enerji resurslarından səmərəli istifadə ilə əvəz olunmalıdır.

2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış” inki­şaf konsepsiyası yaşıl iqtisadiyyatın inkişafına geniş imkanlar yaradır. Konsepsiyanın əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosi­al-iqtisadi inkişafa nail olmaqdır. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaqdır.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar”ı enerji resurslarına qənaət edilməsinə və istifadə olunan enerji resursları həcminin azaldılmasına yönəldilmiş təşkilati, texniki, texnoloji, iqtisadi və digər tədbirlərin həyata keçirilməsinə birbaşa imkan verir.

Enerji səmərəliliyinə nail olmaq üçün Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni təmin edən və ekoloji təzyiqi azaldan texnika və texnologiyaların Azərbaycanda istehsalının təşkil olunması, bu sahədə dünyanın aparıcı şirkətləri ilə birgə müəssisələrin yaradılmasının geniş təşviqi və bu fəaliyyət növünə Dövlət dəstəyinin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Qısa zaman kəsiyində ölkə Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texnologiyalara əsaslanan inkişaf strategiyası əsasında ölkəmizdə bərpa olunan enerji sektorunda bir sıra işlər həyata keçirilmiş, "Azərbaycan Respublikasında Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” və digər "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 1 fevral tarixli Fərmanına əsasən alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, ABOEM üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.

Azərbaycanda bərpa olunan enerji sahəsində elmi əsaslara və yüksək texnologiyaların tətbiqinə arxalanan konsepsiyanın formalaşmasını, bu sahədə elmi-axtarış və tədqiqat işlərin aparılmasını, beynəlxalq elmi-tədqiqat təşkilatları ilə elm və innovativ sahəsində əməkdaşlıq əlaqə­lərin qurulmasını təmin etmək üçün Yüksək Texnologiyalar və İnnovasiya Parkının yaradılması ən vacib məsələlərdən biridir.

Hal-hazırda dünya praktikasında enerjidən səmərəli istifadə sahəsində sınaqdan çıxmış keçirilmiş bir sıra tədbirlərin ölkəmizdə də tətbiqi olduqca zəruridir.

Enerjiyə tələbatın minimuma endirilməsi məqsədilə yeni və mövcud olan binaların enerji xarakteristikalarına dair rasional standartlar tətbiq olunmalıdır, onların enerji xarakteristikalarının sertifikatlaşdırılmasını və ekspertizası təmin edilməlidir, prioritet istiqamətlərdən olan ağıllı sistem və ağıllı şəbəkə texnologiyalarından geniş istifadə olunmalıdır.

 

Enerjidən səmərəli istifadə edilməsi qarşıda duran vəzifələrə nail olmaq üçün enerjidən səmərəli istifadəyə vəenerji effektivliyin artırılmasına dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartların hazırlanması, təsdiq edilməsi və enerjidən səmərəli istifadə edilməsi, enerji israfının qarşısının alınması və ətraf mühitin qorunması ilə bağlı təkliflər hazırlanmalıdır.

Binaların istilik standartlarının yeniləşdirilməsi, tətbiq edilməsi, enerji idarəetməsi üzrə şəhadətnamələrin verilməsi və energetika mütəxəssislərinin hazırlanması üçün məqsədli proqramlar təsis edilməlidir.

Elmi-tədqiqat və layihə institutlarında baxılan sahə üzrə araşdırmalar aparılmalı, bu işlərə gənc alimlər cəlb olunmalıdır. Elmi jurnalların nəşrinə başlanmalı, beynəlxalq elmi konfranslar təşkil olunmalı və konfrans materiallarının nəşri təşkil olunmalıdır.

Məlumdur ki, Avropa İttifaqında işıqlanma üçün istifadə olunan közərmə lampalarının satışı və istifadə olunması qadağan edilmişdir. Bu lampaların əvəzinə enerjiyə qənaət edən lüminessent lampaları və işıqlandırıcı diodlar - LED lampalardan istifadə olunur. Lakin Azərbaycanda işıqlandırma sistemində közərmə lampalarından istifadə olunmasını qadağan edən və enerjiyə qənaət edən lampalardan istifadə olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə şərait yaradan qanunvericilik aktları yoxdur. Lüminessent lampalarının tərkibində 3-5 milliqram civənin olması, lampalardan kütləvi şəkildə istifadə zamanı onların yığılıb utilizasiyasının aparılmamasının ətraf mühitə və insan sağlamlığına ciddi təsiri ola bilər. Eyni zamanda LED lampalarından istifadə sizin işqlandırmaya sərf etdiyiniz enerjini 10 dəfədən çox azaltmağa imkan verir.

Binaların və evlərin tikintisi zamanı müasir enerji səmərəliliyi normalarına cavab tikinti materiallarıının seçilməsi tövsiyyə olunurki, buda Sizə evinizi qızdırarkən sərf etdiyiniz enerjini 2-2,5 dəfə azaltmağa imkan yaradacaqdır.

Normada evdəki temperaturla bayırdakı temperatur arasında böyük fərq olmamalıdır. Evdə havanın temperaturunu qışda 24 dərəcədən yuxarı qaldırılması məqsədəuyğun deyil. Çünki temperatur 24 dərəcədən yuxarı olanda bakteriyalar baş qaldırır.Bundan başqa, temperaturun hətta 1-2 dərəcə aşağı salınması da enerjiyə 2-3 faiz qənaətə gətirib çıxarır.

Evinizə məişət avadanlığı alarkən, mütləq onun onun enerji sinifini təsdiq edən enerji pasportlarını tələb etmək lazımdır.Enerji sinfi, məhsulun enerjiyənə qədər qənaət istifadə etdiyini göstərir. F hərfindən A hərfinə qədər olub, F hərfi ən aşağı, A hərfi isə ən yüksək enerji məhsuldarlığını təmin edən hərflərdir. A enerji sinifi öz içərisində A +, A ++ və A +++ olaraq ayrılır. Məhsulnə qədər yüksək enerji sinifinə sahibdirsə o qədər enerjiyəqənaət edəcəkdir.

 


Oxunma sayı : 506

SON XƏBƏRLƏR
Nazir Əbülfəs Qarayev bəzi aktyorların Milli Şuranın mitinqinə qatılmasına münasibət bildirdi - 17 Oktyabr 2017, 16:50
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı... - 17 Oktyabr 2017, 16:40
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib - 17 Oktyabr 2017, 16:35
Sabiq icra başçısının oğlu vəfat etdi - 17 Oktyabr 2017, 16:25
FHN əsgəri özünü bıçaqladı - 17 Oktyabr 2017, 16:11
Azərbaycanda avtomobil yollarında təhlükə - Getdiyiniz yerdə sürüşə bilərsiniz - RƏSMİ - 17 Oktyabr 2017, 16:08
Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur - 17 Oktyabr 2017, 15:56
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA - 17 Oktyabr 2017, 15:56
Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər - 17 Oktyabr 2017, 15:25
"Xaricdən təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev - 17 Oktyabr 2017, 15:24
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi - 17 Oktyabr 2017, 15:06
"Bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar..." - Müsahibə - 17 Oktyabr 2017, 15:01
Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı - 17 Oktyabr 2017, 14:53
DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb - 17 Oktyabr 2017, 14:51
“Marca” “Qarabağ”dan yazdı: “Evsiz çempion” - 17 Oktyabr 2017, 14:27
Qənirə Paşayeva “Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans verib - 17 Oktyabr 2017, 14:12
Leyla Əliyeva müraciət etdi: Onlara kömək edək - VİDEO - 17 Oktyabr 2017, 14:06
Ana iki oğlunu sobada bişirib, öldürdü - 17 Oktyabr 2017, 14:01
"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir" - 17 Oktyabr 2017, 13:38
"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm" - 17 Oktyabr 2017, 13:34
Deputat oğlunu özünə müavin təyin etdi - 17 Oktyabr 2017, 13:27
Bakıda intihar edən müəllimin - FOTOSU - 17 Oktyabr 2017, 13:20
Elarizlə Mehriban Xanlarova sevgili olub: "Ona vurulmuşdum" - 17 Oktyabr 2017, 13:16
"Azərbaycanın ən parlaq ulduzu" bu 3 məşhurdan biri olacaq - 17 Oktyabr 2017, 13:11
BNA “Qarabağ” -“Atletiko Madrid” oyunu ilə bağlı azarkeşlərə səsləndi - 17 Oktyabr 2017, 12:59
"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım” - 17 Oktyabr 2017, 12:51
“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa - 17 Oktyabr 2017, 12:50
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir - 17 Oktyabr 2017, 12:44
"Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır" - 17 Oktyabr 2017, 12:41
"Sarkisyan danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır" - 17 Oktyabr 2017, 12:39
“Qaynımın gözü düşdü mənə... ərim dedi, fahişəsən, 8 bıçaq vurdu...” – Azərbaycanlı qadının film kimi həyatı - 17 Oktyabr 2017, 12:27
Hacı Şahin: "Laklı dırnaqla dəstəmaz almaq olmaz" - 17 Oktyabr 2017, 12:26
Bakıda AA 707 nömrəli "Jeep" piyadanı keçiddə vurdu - 17 Oktyabr 2017, 12:14
Nazirliyin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam" - 17 Oktyabr 2017, 12:02
Sevgilisinin sədaqətini yoxlayan oğlan peşman oldu - "Belə lənətə gəlmiş qızlara inanmayın"- VİDEO - 17 Oktyabr 2017, 11:41
Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi – RƏSMİ - 17 Oktyabr 2017, 11:30
6 tələbənin öldüyü qəzada zərərçəkənlərə ödənilən məbləğ - 41250 manat - 17 Oktyabr 2017, 11:11
Bakıda universitetdə oğlan sevgilisinə belə evlənmə təklifi etdi - VİDEO - 17 Oktyabr 2017, 11:10
45 gün idi ailə qurmuşdu, özünü asdı - VİDEO - 17 Oktyabr 2017, 11:01
Bakıda universitet müəllimi özünü iş otağında asdı - 17 Oktyabr 2017, 10:50
Bakıda iki qadın intihar etdi - 17 Oktyabr 2017, 10:47
Şagirdlər arasında baş verən qanlı davanın - TƏFƏRRÜATI - 17 Oktyabr 2017, 10:31
Azərbaycana 9 santimetr qar yağdı – Faktiki hava - 17 Oktyabr 2017, 10:23
““Qarabağ”a çox qol vurmalıyıq” - “Atletiko”nun yarımmüdafiəçisi - 17 Oktyabr 2017, 10:12
Bakıda məşhur hoteldən Azərbaycana hörmətsizlik - 17 Oktyabr 2017, 10:09
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10