10:46 Bazar Günü, 21 Iyul 2019
SOSİAL

Zaqatalada bir gündə 2 nəfərə it hücum etdi - Biri uşaqdır

22:56, 14.06.20196883
Zaqatalada bir gündə 2 nəfərə it hücum etdi - Biri uşaqdır
Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Höytala kənd sakini, 2015-ci il təvəllüdlü Seyidəhməd Abdulla oğlu Xiniyev it dişləməsi xəsarəti ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 4 yaşlı S. Xiniyevə sağ ayağın topuq nahiyəsinin it dişləməsi diaqnozu qoyulub.  Azyaşlıya lazımi tibbi yardım göstərilib. O, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərtiylə evə buraxılıb. 

Daha bir it dişləməsi faktı isə rayonun Yuxarı Çardaqlar kəndində baş verib. Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Həlmət Abdulqadir qızı Əhmədova xəstəxanaya müraciət edib.  İt onu sağ əlindən dişləyib. Xəstəxanada H. Əhmədovaya lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra qadın evə buraxılıb.
XƏBƏR LENTİ