00:50 Cümə Axşamı, 22 Noyabr 2018
SOSİAL

"Zara" mağazasının sabiq əməkdaşlarının məhkəmə istintaqı başa çatıb

17:48, 23.11.2017486

Bakı Ağır Cinayət Məhkəməsində bir qrup şəxs halında özgə əmlakını mənimsəməkdə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hamısı Bakıda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin "Nargiz Mall" Ticarət Mərkəzində yerləşən şöbəsinin əməkdaşları olub. Həmin şəxslər mağazada müxtəlif vəzifələrdə çalışıblar.

İttiham aktına əsasən, İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarov işlədikləri mağazaya 17700 manat zərər vurmaqda təqsirli bilinirlər. Onlar mağazada olan malların bir hissəsinin kassadankənar əməliyyat apararaq, əldə etdikləri pulları mənimsəyiblər.

Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bildiklərini söyləyiblər. Mağazaya dəymiş 17700 manat zərər müştərək qaydada təqsirləndirilən şəxslər tərəfindən ödənilib.

İbtidai istintaq dövründə İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ