00:31 çərşənbə, 24 Oktyabr 2018
Maqazin

Zaur efirə çıxarmaq üçün xəstələrdən pul alır? - AÇIQLAMA

17:10, 24.09.201811176
Zaur efirə çıxarmaq üçün xəstələrdən pul alır? - AÇIQLAMA
ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev haqda sosial şəbəkədə ittiham səslənib.
 
AZXEBER.COM xəbər verir ki, onun verilişinə müraciət etdiyini deyən bir nəfər aparıcının ondan pul istədiyini deyib.
 
Bu məlumat bir neçə səhifədə yayımlanıb.
 
Xalq artisti Kübra Hüseynova bugünkü verilişdə bu məsələyə toxunub. O bildirib ki, verilişdə hər şey şəffafdır və Zaur hər kəsə təmənnasız yardım göstərir: Əgər elə şey olsaydı, mən bura gəlməzdim. Zaur hr kəsə təmənnasız yardım edir. Bura müraciət edən xəstələr birbaşa Zaurla danışmır, onlar qaynar xəttlə danışır, məsələ araşdırılır və sonra həmin xəstə efirə çıxır". 
 
O dəfələrlə bu halın şahidi olduğunu da deyib.
 
Həmin görüntüləri təqdim edirik:


XƏBƏR LENTİ