23:03 çərşənbə, 19 Sentyabr 2018
Maqazin

Zaur: Mənimlə min hoqqadan çıxırsan, sonra da sevgilinin şəklini paylaşırsan" - VİDEO

13:43, 12.09.201811623
Zaur: Mənimlə min hoqqadan çıxırsan, sonra da sevgilinin şəklini paylaşırsan

Müğənni Mətanət Əsədova Xəzər TV-nin qonağı olub. O, ötən gün "İnstagram" da paylaşdığı fotodan danışaraq, şəkildəki şəxsin sevgilisi olduğunu təsdiqləyib.

Aparıcı Zaur Kamal sənətçiyə paylaşımı haqda ilginc sözlər deyib: "Verilişimə gəlib, mənimlə efirdə min hoqqadan çıxırsan. Sonra kiminsə şəklini paylaşıb, "sevgilim"dir deyirsən. Şəkildəki şəxs kimdir? Onu bu gün proqrama gətizdirəcəm".

Mətanət isə aparıcıya cavabında bu sözləri deyib: "O, mənim yaşama səbəbimdir. Ona qurban olum, mənim eşqimdir, sevgimdir, ürəyimdir. Onu da deyim ki, həmin şəxs bura heç vaxt gəlməz, İndi oturub mənə baxır".

İfaçının verilişə geyindiyi ağ rəngli libası və aksesuarları da diqqət mərkəzində olub. Onun bu geyim tərzi tamaşaçıların marağına səbəb olub.

XƏBƏR LENTİ