Zəhranın Allah babaya məktubu

05 İyul 2017, 15:42
AAA

 

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

 

Salam Allah baba.

Mən Zəhrayam. Cəmi 1 yaş 8 aylıq Zəhra. Hələ indi-indi danışmağa başlayırdım.

Dilimi bir çox uşaqlar kimi "Nən-nə”ylə açmışdım. Çünki nənəmi çox sevirdim. O da məni hamıdan çox istəyirdi. Sahibəydi nənəmin adı. Mənə lay-lay çalırdı, əzizləyirdi, öpüb-oxşayırdı. Deyirdi ki, bir az da böyü sənə nağıl da danışacam. O nağılda boz canavarı öldürüb qarnından balaları Şəngülümü, Şüngülümü çıxardan keçi də vardı, divə qalib gələn Cırtdan da, qoğalı udan tülkü də.

Allah baba, mən çox istəyirdim ki, tez böyüyüm, nənəm bu nağılların hamısını mənə danışsın. Amma məni böyüməyə qoymadılar. Şəngülümü, Şüngülümü udan canavar məni də uddu. Yox, udsaydı, atam gəlib canavarın qarnını dağıdar, məni ordan xilas edərdi. O məni diddi, çeynədi, bax, üzüm-gözüm al-qırmızı qandır. İndi sənin hüzurundayam. Nənəm də mənimlə birlikdə gəlib. Gəlib ki, burda da nazımı çəksin, mənə lay-lay desin, pampersimi dəyişsin, yıxılanda qolumdan tutsun. Axı mən hələ lap körpəyəm, ayaqlarım təzə-təzə yer tutur…

O axşam isə ayağımın altından yer qaçdı. "Nən-nə” deyib qışqırdım. Nənəm köməyimə gələ bilmədi. Baxdım ki, o da al-qırmızı qan içindədir. Soruşa bilmədim ondan ki, bizi niyə öldürdülər? Axı biz evimizin içində oturmuşduq. Mən oyuncaqlarımla oynayırdım, nənəm axşam yeməyi hazırlayırdı. Yeyib yatacaqdım, yuxumda "güllər, çiçəklər, kəpənəklər” görmək arzusuyla. Amma gül yox, güllə gördüm! Onun nə olduğunu burda-sənin dərgahında Fariz adında balaca bir oğlan mənə danışdı. Dedi ki, Ağdamın Orta Qərvənd kəndindəndir. 9 yaşı var, 6 ildir ki, böyümür. Onu öldürəndə 2011-ci ilin 8 martıydı. Anasının, nənəsinin ən sevimli bayramında həyətdə oynadığı yerdə başından snayperlə vurdular. Kim vurdu deyə soruşdum. Fariz ”ermənilər” dedi.


Allah baba, mən həyətimizdə it-pişik görmüşəm, nənəmin nağıllarından da bəzi heyvanları tanıyıram. Amma erməni adında heyvanı hələ indi tanıdım. O 1 yaş 8 ayında olan körpəyə də qıyır, 100 yaşındakı qocaya da. Fariz mənə deyir ki, səni burda çoxlu uşaqlarla tanışdıracam. Hamısını da ermənilər öldürüb. Xocalıda, Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda…. Mən bu yerlərin adını hələ indi Farizdən eşidirəm. Fariz deyir ki, bura kimi oralar da cənnət idi. O da görmüyüb eyy həmin yerləri, Allah baba. Ona Xocalıda öldürülən uşaqlar danışıb bunları. Onlar öləndə Fariz doğulmamışdı, Fariz öləndə mən! Kaş heç doğulmazdım da!

Allah baba! Mən ağlım kəsəndən evdə sənin adını eşitmişəm. Gəzəndə deyiblər ki, ay Allah, nə yaxşı balamız gəzdi! Dil açanda deyiblər ki, ay Allah balam dil açdı. Ermənilər qanımı tökəndə də sənin adını eşitdim. Deyəsən atam idi. Üsyan edirdi, qışqırırdı:”Allah, balamın qanını yerdə qoyma” deyirdi. Atamı eşit, Allah baba. Anamı eşit! Nə olar, bizim ruhumuzu sevindir. Düzdür, Fariz buna inanmır. Mənə deyir ki, o da öləndə hamı səs-küy saldı, dünyadan haqq-ədalət tələb elədi. Dünya isə onun ölümünü heç vecinə də almadı. Fariz deyir ki, idi də belə olacaq. ATƏT gəlib monitorinq keçirəcək, sonra bir-iki cümləlik bəyanat, vəssalam. Öz ölümündə olduğu kimi….

Mən bu sözlərdən heç nə anlamıram, Allah baba. ATƏT kimdir? Mən onu tanımıram. Mən ancaq səni tanıyıram. Bir də atamı, anamı, nənəmi… Qoyma mənim kimi körpələr ölsün. Qoyma atam-anam gözüyaşlı qalsın. Qoyma nənəmin ruhu mənə lay-lay desin. Eşidirsən məni, Allah baba? Eşidirsən…?

 

Gununsesi.info


Oxunma sayı : 30195

SON XƏBƏRLƏR
Xaçmazda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB - 20 Sentyabr 2017, 23:44
"Ac-yalavac birini neynirəm?" - Mətanətin toyu təxirə düşdü - 20 Sentyabr 2017, 23:16
Həbsxana həyatı yaşamış məşhur idmançılarımız - SİYAHI - FOTO - 20 Sentyabr 2017, 22:45
Neftçilərin dostu, Yeni "Əsrin müqaviləsi"... - Neftçilər günündə fərqləndirdiklərimiz - 20 Sentyabr 2017, 22:25
Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 22:06
Könül Xasıyeva ona 70 min atan müğənnini bağışlayıb - 20 Sentyabr 2017, 21:36
18 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapılıb - 20 Sentyabr 2017, 20:55
Xaçmazda meşə yanğını başlayıb - 20 Sentyabr 2017, 20:28
Ukrayna Rusiyadan 5 milyard dollar tələb edir - 20 Sentyabr 2017, 19:56
2019-cu ildə Avropa Liqasının final matçı Bakıda keçiriləcək - 20 Sentyabr 2017, 19:23
İlham Əliyev BMT-də 2 yaşlı Zəhranın qətlindən danışdı - 20 Sentyabr 2017, 18:05
“Baku Bus”-ın 1 saylı avtobusundan şikayət- sərnişinlər evlərinə gedib çıxa bilmir - 20 Sentyabr 2017, 18:03
"Qarabağ" - "Roma" oyununa biletlərlə bağlı açıqlama - 20 Sentyabr 2017, 17:56
"Bu Prezidentimizin Azərbaycan gəncliyinə diqqətinin göstəricisidir" - 20 Sentyabr 2017, 17:52
Bu gün azərbaycanlı teleaparıcının toyudur - 20 Sentyabr 2017, 17:36
7 il ana ola bilməyən Əzizə üçəm dünyaya gətirdi – VİDEO - 20 Sentyabr 2017, 17:26
Xanımını lüt soyundurub işgəncə verən ər həbs edildi - 20 Sentyabr 2017, 17:26
Qəzaya düşən bu uşağın valideynləri axtarılır - 20 Sentyabr 2017, 17:23
Bakıda minə yaxın küçə iti sığınacağa verilib – RƏSMİ - 20 Sentyabr 2017, 17:18
"Eldar Mahmudov bizdən nə istəyirdi?!"- intihar edən polkovnikin qardaşı - 20 Sentyabr 2017, 16:59
“Nar Home”-dan “Aylıq yox, günlük ödə!” təklifi - 20 Sentyabr 2017, 16:52
Türkiyədə polis helikopteri qəzaya uğrayıb: Bir ölü, bir yaralı - 20 Sentyabr 2017, 16:48
DYP-dən uşaqlarını məktəbə aparan valideynlərə - Xəbərdarlıq - 20 Sentyabr 2017, 16:43
Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan" - 20 Sentyabr 2017, 16:30
Çovdarov məhkəmədə son sözünü deyəcək - 20 Sentyabr 2017, 16:25
İŞİD-dən xilas edilən azərbaycanlı uşaqların yaxınları axtarılır - 20 Sentyabr 2017, 16:12
"Neymara kömək etməliyik" - Kavani - 20 Sentyabr 2017, 16:02
Prezidentin Lənkəran səfəri – Taleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu – Detallar - 20 Sentyabr 2017, 16:00
Mikayıl Cabbarova yeni vəzifə verildi - 20 Sentyabr 2017, 15:48
Dünya çempionunu öldürən Anardan yeni xəbər - 20 Sentyabr 2017, 15:40
Əli Kərimli yenə tək qaldı: "Mitinqə yalnız dost, tanışı gələcək" - 20 Sentyabr 2017, 15:13
Göygöldə əhali içməli suya həsrət qalıb: İcra Hakimiyyəti suyu satır - 20 Sentyabr 2017, 15:12
Şagirdini hamilə qoyan müəllim azadlığa buraxıldı - 20 Sentyabr 2017, 15:05
Faiq Ağayev Ədalət Şükürovu biabır etdi: "O özü üçün danışır" - 20 Sentyabr 2017, 15:03
Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu - FOTO - 20 Sentyabr 2017, 14:46
"Azərbaycan şou-biznesində 10 nəfər kişi yoxdur" - Manaf əsəbiləşdi - 20 Sentyabr 2017, 14:38
Ziya Məmmədovun bacısı niyə “yoxlanılır” - İlginc təfərrüat - 20 Sentyabr 2017, 14:30
QMİ-nin saytı fəaliyyətini dayandırdı - 20 Sentyabr 2017, 14:16
Bakı metrosunda "wi-fi" olacaq? - 20 Sentyabr 2017, 14:00
Lütfi Zadənin oğlu atasının dəfnində iştirak etməyəcək - 20 Sentyabr 2017, 13:51
İcra başçısı bu gün qız köçürür - Süleyman Mikayılov kimlə qohum oldu? - 20 Sentyabr 2017, 13:38
Nazim İbrahimovla bağlı qalmaqal - “Mənə 159 min borcu var” - 20 Sentyabr 2017, 13:26
“Şeyxin oğlu 2 rükət namazı güclə qılır” - Hacı Qalib - 20 Sentyabr 2017, 13:09
Nazirlik araşdırmaya başladı: Ziya Məmmədovun bacısı işdən çıxarıldı? - 20 Sentyabr 2017, 13:02
Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" - 20 Sentyabr 2017, 12:41
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10