06:41 Cümə, 15 Dekabr 2017
Maqazin

Üzeyir Hacıbəyovu təhqir edən şirkət "FCB Artgroup Baku" imiş - AÇIQLAMA

17:43, 22.09.2017464
Üzeyir Hacıbəyovu təhqir edən şirkət
Ötən gün "Domestos"un reklamı ilə bağlı mətbuatın qaldırdığı məsələyə şirkət tərəfindən açıqlama verilib. 
 
Şirkət reklamda dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operasının musiqisindən istifadə etmədiyini bildirsə də, sözügedən reklam çarxının fəaliyyətini dayandırdığını deyib: "Reklamda səsləndirilən mahnının bəstəsi və sözləri isə agentlik tərəfindən tamamilə sıfırdan yaradılmışdır. Lakin bəzi izləyicilər bu mahnının Azərbaycanın sənət nümunələrindən olan bir mahnıyla bənzərliyindən narahat olduqlarını bildiriblər. FCB Artgroup və Domestos izləyicilərin bu həssaslığını anlayır və buna hörmət edərək reklamın bu versiyasının yayımını dayandırdığını izləyicilərin nəzərinə çatdırır. Bütün məsuliyyəti FCB Artgroup üzərinə götürür və bu musiqinin Kəmalə Piriyevayla heç bir bağlantısı olmadığını, onun sadəcə şirkətin siması olduğunu hər kəsin nəzərə almasını istəyir.
 
Xatırladaq ki, bu xəbəri ilk olaraq "primetime.az" saytı yazmışdı.


0
XƏBƏR LENTİ