19:01 çərşənbə, 20 Iyun 2018
SOSİAL

Zeyno Baran: “Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır”

16:41, 14.11.2017520
Zeyno Baran: “Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır”

Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada – Şopinq festival keçirərkən görmək, ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Bakushopfest.com saytına açıqlamasında ABŞ-ın Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib. O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir.

Zeyno Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış – veriş həvəsinin daha da artacağını vurğulayıb. Xanım Baran Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.

XƏBƏR LENTİ