Ziya Məmmədovun kadrı ondan nazirə şikayət edən sürücülərin başına oyun açdı – ŞƏMKİRDƏ ÖZBAŞINALIQ

12 Sentyabr 2017, 13:32
AAA

Şəmkirdə ictimai nəqliyyat vasitələrinin yenilənməsi adı altından baş verən hadisələr "sürücü üsyanı”nın yetişməsinə səbəb olub.

AZXEBER.COM xəbər verir ki, buna səbəb bir müddət öncə Şəmkir rayonunun mərkəzindən Dəllər qəsəbəsinə qədər olan istiqamətdə işləyən nəqliyyat vasitələrinin yenilənməsi adı altında baş verən özbaşınalıqlardır. Özbaşınalığın mərkəzində isə, keçmiş nazir Ziya Məmmədovun yaxın çevrəsində olan nəqliyyatçılar dayanır. Belə ki, bir vaxtlar Ziya Məmmədovun media siyasətini müəyyənləşdirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tərkibindəki "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılov illərdir bu istiqamətdə işləyən sürücüləri xətdən çıxararaq öz adamlarını yerləşdirir və onlarla ailəni ac qoyur. Bu haqda portalımza sakinlər məlumat verib.

Xatırlayırsınızsa, bir müddət öncə sosial şəbəkələrdə də yayılan video görüntülərdə məhz sürücülərdən biri 10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılova rüşvət vermədikləri üçün başlarına gətirilən oyunlar haqqında danışmışdı.

Görüntülərdə müstəqillik illərindən öncə də bu xətdə çalışan və zorla xətdən çıxarılan sürücülərin yerinə Əli İsmayılovun öz sürücülərini yerləşdirdiyi bildirilmişdi.

Sözügedən olayın üstündən aylar keçməsinə baxmayaraq, baş verənlərlə bağlı heç bir tədbirin görülməməsi sürücülərin yenidən imdad diləməsinə səbəb olub.

Davamlı şəkildə sürücülər tərəfindən "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılov tərəfindən redaksiyamıza daxil olan özbaşınalıqlarla bağlı şikayət məktublarını nəzərə alaraq, məsələni daha dərindən araşdırmaq qərarına gəldik.

Araşdırmalar nəticəsində məlum oldu ki, Ə.İsmayılov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin adından istifadə edərək Şəmkir Sərnişin nəqliyyat ASC-nin 20 il xidmət göstərdiyi ən rentabelli Şəmkir Dəllər marşrutunu ələ keçirib. MMC rəhbəri sözügedən xətti qrafiki fiziki Şəxs Mirzəyev Xəyal Vəli oğluna (VÖEN 2302559852) ötürüb. 

Araşdırmalar nəticəsində o da məlum olub ki, "yenilənmə” adı ilə yüzlərlə insanı ac qoyan Ə.İsmayılovun bu işi həvalə etdiyi Mirzəyev Xəyal Vəli oğlu 2015-ci ildən vergi ödəyicisi kimi fəaliyyətini dayandırıb. Digər tərəfdən hazırda xətdə olan sürücülərin heç biri rəsmi qeydiyyata alınmayıb və onların adı ilə vergi ödənilmir. Belə olan təqdirdə dövlət büdcəsindən yayındırılan vergi vəsaitləri ilə bağlı ciddi suallar ortaya çıxır.

Digər maraqlı məqam isə köhnəlmiş və yararsız hesab edilən Şəmkir Sərnişinnəqliyyat ASC-yə məxsus avtobuslardır. Sürücülər iddia edirlər ki, onların idarə etdikləri avtobuslar bundan öncə dəfələrlə yol polisinin texniki baxışından keçib və alınan rəylərə görə avtobuslarının hər biri istifadəyə yararlıdır. Bundan başqa "yenilənmə” adı ilə xəttə qoşulan yeni avtobusların texniki göstəriciləri və istifadə tarixləri heç də Şəmkir Sərnişinnəqliyyat ASC-yə məxsus avtobuslardan yüksək deyil.

Mövcud vəziyyətlə bağlı portalımıza danışan Şəmkir Sərnişinnəqliyyat ASC-nin müşahidə şurasının üzvü Emin Babayev problemlə bağlı nazir Ramil Quluzadənin bölgələrdəki qəbulunda olduğunu bildirib. E.Babayevin sözlərinə görə, nazirə mövcud vəziyyətlə bağlı məlumat verilərək, "10 saylı Şəmkir Regional Nəqliyyat” MMC-nin rəhbəri Əli İsmayılovun vəzifə səlahiyyətlərini aşması nəticəsində onlarca ailənin ac qaldığı deyilib:

"Nazirlə söhbətimiz zamanı biz Ə.İsmayılovun məhz nazirin tapşırığı ilə bizimlə olan müqaviləni ləğv etdirdiyini dedik. Cənab nazir isə, Ə.İsmayılova belə bir tapşırıq vermədiyini deyərək, bizə "gedin işləyin" cavabını verdi. Bundan başqa cənab nazir nazirlik əməkdaşlarından birini bu problemi araşdırmaq və ona məruzə etmək üçün təhkim etdi".  

E.Babayevin sözlərinə görə, nazirlik əməkdaşı da məsələni araşdıran zaman Ə.İsmayılovun vəzifə səlahiyyətlərini aşdığını təsdiqlədi.  Maraqlı olan məqam isə nazirlik əməkdaşının gəlişindən sonra sürücülər işə çıxmalı olduqları halda Ə.İsmayılov rəsmi qərarın olmadığını iddia edərək onları xəttə buraxmayıb.

ASC əməkdaşı E.Babayevin sözlərinə görə, bölgələrdə işsizliyin artdığı bir ərəfədə ölkə başçısının yeni iş yerləri açın çağırışını bəzi şəxslər kölgədə qoymaq istəyir. Belə ki, Şəmkir Sərnişinnəqliyyat ASC hər il dövlət büdcəsinə 20 min manatdan çox vergi ödəyir. Hazırda isə ASC-nin əməkdaşlarının böyük hissəsi işsiz qalıblar. Bu isə neçə ailənin ac qalması deməkdir.

Bütün bu özbaşınalıqlardan bezən sürücülər yaxın zamanlarda Prezident Administrasiyasının önünə yığışacaqlarını və prezident İlham Əliyevdən imdad diləyəcəklərinin anonsunu veriblər.

Məlumatda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 


 
 


Oxunma sayı : 6060

SON XƏBƏRLƏR
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - PULSUZ EVDƏ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10