Ziya Məmmədovun qudası da nazir kürsüsündən gedir

17 May 2017, 11:08
AAA

Məmmədovlar klanı "son qala”nı təhvil vermək üzrə; 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan Məmmədovların sayəsində nazir postuna yiyələnmişdi; Kənd Təsərrüfatı Nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi müzakirə olunur 

Bu ilin fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov ətrafında proseslər son günlər yenidən fəallaşıb. Keçmiş nəqliyyat nazirinin özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətində olduğu xəbərlərini nə nazir, nə də onun yaxın ətrafı təkzib etməyib.


Bir neçə gün əvvəl isə Bakı Beynəlxalq Avtovağzalı Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu, bir daha təsdiqləyir ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri sürətlə itirmək təhlükəsi ilə üzləşiblər.


Z.Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı işlərini buraxaraq birdəfəlik Londona yerləşdiyi və ölkəyə qayıtmaq niyyətinin olmadığı deyilir. Doğrudur, belə xəbərlər də tirajlanıb ki, tezliklə "Garant-Holdinq”in başına Z.Məmmədov özü keçəcək və şirkətlər qrupu əvvəlki nüfuzunu bərpa edəcək. Amma bu xəbərlər gerçəklikdən daha çox "hələ təslim olmamışıq” mesajına bənzəyir. Çünki gələn xəbərlər onu deməyə əsas verir ki, tezliklə nazirin qudası - kənd təsərrüfatı naziri Heydər Əsədov da hakimiyyətdəki postu ilə vidalaşmalı olacaq.



Məlumdur ki, 2013-cü ildə Hesablama Palatasının sədri olan Heydər Əsədov məhz o vaxtlar qüdrətli hesab olunan qudası Z.Məmmədovun sayəsində nazir postuna yiyələnmişdi. Bu təyinat Məmmədovların gücünə əlavə güc də qatmışdı. Amma prezident İlham Əliyevin prioritet sahə hesab etdiyi kənd təsərrüfatını H.Əsədov dirçəldə bilmədi. Onun rəhbərliyi dövründə də torpaqlardan istifadədə hökumət istədiyi nəticəni görə bilmədi, nazirliyə isə rüşvət ittihamları daha da artdı. Təsadüfi deyil ki, ötən ay pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində H.Əsədova söz belə verilmədi. Bu isə diqqətdən qaçmadı və "H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq” iddialarını artırdı.



Bildirilir ki, struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğvi nəzərdə tutulur. Bildirilir ki, ləğv ediləcək nazirliklərin və ASC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilərək bunun bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: aqrar sektorun prioritet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, yaxın vaxtlarda elan ediləcək. Bu qurumların birləşdirilməsi ilə yanaşı orda işləyənlərin də sayının 50-60 faiz ixtisarı gözlənilir.


Başqa bir mənbə isə "Yeni Müsavat” a deyib ki, H.Əsədovun rəhbərlik etdiyi nazirliyin İqtisadiyyat Nazirliyinə birləşdirilə biləcəyi daha realdır. Kənd Təsərrüfatı Nazirliyinin ləğvi və onun səlahiyyətlərinin başqa nazirliklər arasında bölüşdürülməsi xeyli müddətdir hakimiyyət çevrələrində müzakirə edilir. Əsas arqument bu idi ki, kənd təsərrüfatı müəssisələrinin mütləq əksəriyyəti özəlləşdirildiyi halda, aqrar sektorun idarə edilməsi üçün ayrıca bir nazirliyin saxlanılmasına ehtiyac yoxdur, nazirliyin ən vacib funksiyaları başqa nazirliklərə verilməklə bu qurumu ləğv etmək daha effektlidir. İddia olunur ki, hazırda iqtisadiyyatın əsas ağırlığı iqtisadiyyat naziri Şahin Mustafayevin üzərinə qoyulub və bu səbəbdən də nazirliyin ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdirilməsi daha uyğun variant ola bilər. İqtidarın da qeyri-neft sektorunun inkişafında Şahin Mustafayevə daha çox etimad göstərdiyi söylənilir.



H.Əsədov Məmmədovların iqtidardakı "son qalası” hesab olunurdu və gələn xəbərlər belə deməyə əsas verir ki, artıq onu da itirməklə üz-üzədirlər. Maraqlıdır ki, bu arada nazirin Londonda oxuyan oğlunun Britaniya paytaxtının küçələrində "Porsche” maşını ilə "at oynatdığı” xəbərləri də yayılıb.



Oxunma sayı : 18271

Loading...
SON XƏBƏRLƏR
Günaydan oğluna maraqlı hədiyyə - FOTO - 26 May 2017, 23:16
Qızından Rəqsanəyə: "Sən başqa qollardasan, mən başqa qollarda..." - 26 May 2017, 22:43
Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış - 26 May 2017, 22:23
"Birinci xanım"ların arasında yeganə kişi - baş nazirin arvadı - 26 May 2017, 21:10
Türkiyədə qədim türbəni satmaq istəyən 12 nəfər tutuldu - 26 May 2017, 20:38
Fatimə uşaqların sevincinə səbəb oldu - FOTO - 26 May 2017, 19:57
"Təhsil sistemində heç bir ixtisar yoxdur" - RƏSMİ AÇIQLAMA - 26 May 2017, 19:33
Saxta pul əsginasları satan şəxs saxlanıldı - VİDEO - FOTO - 26 May 2017, 19:06
Vüsal Quliyev: "Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün hər cür şərait yaradılıb" - 26 May 2017, 18:22
Məşhurlar podiuma öz heyvanları ilə birlikdə çıxdılar - FOTOLAR - 26 May 2017, 18:20
Damlaya ağır itki “ O insanın ölümün pis qəbul edirəm” - FOTOLAR - 26 May 2017, 17:48
Ağıq xəstəlikdən əziyyət çəkən xalq artisinin yeni - Fotosu - 26 May 2017, 17:47
“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi - 26 May 2017, 17:46
"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - Qan donduran ifadələr - 26 May 2017, 17:42
"Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm" - Trampdan İlham Əliyevə məktub - 26 May 2017, 17:21
Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb" - 26 May 2017, 17:20
Dolların mayın 30-a olan məzənnəsi - 26 May 2017, 17:11
Beynəlxalq Bankdan reytinqin düşməsi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 16:53
Məleykə Abbaszadədən 700 bal toplamış abituriyentlərə - Xəbərdarlıq - 26 May 2017, 16:38
İrandan gələn Azərbaycan vətəndaşı daxili orqanında narkotik gətirmək istədi - 26 May 2017, 16:28
Bu gecə Ay Yerin yaxınlığından keçəcək - 26 May 2017, 16:20
“Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq” - İlham Əliyev - 26 May 2017, 15:59
21 yaşlı azərbaycanlı qız İŞİD-ə qoşulub - FOTOLAR - 26 May 2017, 15:47
"Yataqda olsaq da, soyunmadıq, ayaqlarımı…" - Azərbaycanlı aktrisa - 26 May 2017, 15:40
Evi əlindən alınan kişinin bankın önündə özünü yandırdığı anın görüntüləri - ( VİDEO 16+) - 26 May 2017, 15:23
Bülent Ərsoyu ilan vurdu - 26 May 2017, 15:09
Nəsimi rayonunda “Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 15:04
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır... - 26 May 2017, 14:38
3-cü mərtəbədən düşən üç yaşlı uşaq sağ qalıb - 26 May 2017, 14:16
Azərbaycanda bələdiyyə sədri dəhşətli qəzaya düşdü - FOTO - 26 May 2017, 14:05
Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı - 26 May 2017, 13:47
AXCP sədrinin müavininin saxlanılması barədə RƏSMİ MƏLUMAT - Çantasından 12 min dollar çıxıb - 26 May 2017, 13:47
Xaçmazda ana özünü oğlunun kəməri ilə asdı - 26 May 2017, 13:34
Müəllimlərə pis xəbər: ixtisarlar olacaq - 26 May 2017, 13:16
Əli Kərimlinin müavininin niyə saxlanıldığı bilindi - DTX Bakıya gətirir - 26 May 2017, 13:09
Bakıda faciə: Dostunun evindən meyiti çıxdı - 26 May 2017, 13:06
DYP-dən vətəndaşı təqib edən zaman toqquşan yol polisi ilə bağlı AÇIQLAMA - 26 May 2017, 12:59
Nəsimi rayonunda 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilmişdir - 26 May 2017, 12:54
Nazirlik xəbərdarlıq edir - Dolu düşəcək - 26 May 2017, 12:31
Nazir baş redaktoru işdən çıxartdırıb? - AÇIQLAMA - 26 May 2017, 12:15
Lapşinin istintaqı yekunlaşdı - 26 May 2017, 11:58
Azərbaycanda gənc 240 ədəd saxta 100 manatlıq kəsib - Əsl puldan seçilmir - FOTO - 26 May 2017, 11:42
Azərbaycanda orta məktəb müəlliminin dəhşətli sonu - TƏFƏRRÜAT - 26 May 2017, 11:16
Tələbə 2 qardaşın yerinə qəbul imtahanı verdi - Azərbaycanda kuryoz hadisə - 26 May 2017, 11:01
"Reket jurnalistika ilə mübarizəyə DTX cəlb edilib" - Əflatun Amaşov - 26 May 2017, 10:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10