18:48 Cümə, 24 May 2019
SİYASƏT

Ziyafət Əsgərov: "Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir"

15:36, 12.03.20192726
Ziyafət Əsgərov:
"Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistan tərəfindən narahatlıq doğurmasına münasibət bildirərkən deyib.

Z.Əsgərov qeyd edib ki, bu hərbi təlimlər Ali Baş Komandan tərəfindən təsdiq olunur, plan əsasında həyata keçirilir: "Azərbaycan suveren dövlətdir və nə vaxt istəsə, hərbi təlimlər keçirə bilər. Bu bizim suveren hüququmuzdur. Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik".

I vitse-spiker vurğulayıb ki, Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir: "Digər tərəfdən, Ermənistan həmişə qorxuda, təzyiq altında olmalıdır, işğalçıya hər zaman təzyiq göstərilməlidir".
XƏBƏR LENTİ