23:25 Cümə Axşamı, 19 Sentyabr 2019
Maqazin

Zülfiyyə Xanbabayevanın evi əlindən alınır? - ÖZÜ DANIŞDI

14:17, 17.05.20193206
Zülfiyyə Xanbabayevanın evi əlindən alınır? - ÖZÜ DANIŞDI
"Mənim heç kimə borcum yoxdur. Yazılan xəbərlər həqiqəti əks etdirmir".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq artisti Zülfiyyə Xanbabayeva evinin əlindən alınması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
 
Xalq artisti heç kimə borcu olmadığını, əksinə ona borcu olan insanların olduğunu deyib: "Araşdırılsa görünər ki, mənim heç kimə borcum yoxdur. Əksinə, mənə borcu olan insanlar var. Mən bu haqda danışmaq istəyirəm. Siz məni tanıyırsız və bilirsiz ki, heç vaxt bu tip şeylərlə gündəmə gələn insan olmamışam. Ona görə bu məsələnin də gündəmə qalmasını istəmirəm".
 
Xatırladaq ki, news24.az saytının yazdığına görə, bir müddət əvvəl "Bank Of Baku" ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verib. Bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın Xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızı da var. Bundan başqa bank "Viktori" LTD MMC-yə qarşı da eyni məzmunlu iddia irəli sürüb. Bankın müraciəti ilə bağlı hazırda Bakı Apelyasiya Məhkəməsində araşdırmalar aparılır və proses davam edir.
 

XƏBƏR LENTİ