00:36 Cümə Axşamı, 13 Dekabr 2018
MARAQLI

Özünü kişiliyə vurub bir neçə dəfə evləndi

21:25, 16.02.20182536
Özünü kişiliyə vurub bir neçə dəfə evləndi

Hindistanın Uttarakxand ştatında polis özünü kişi cildinə salan və cehizə görə bir neçə qızla evlənən Krişna Sen adlı qadını həbs edib.

Bu barədə BBC News məlumat yayıb.

Polisə birinci "gəlinin” valideynləri şikayət edib. Onlar bildiriblər ki, keçmiş kürəkənləri qızın cehizini mənimsəyib, halbuki qanun bunu qadağan edir. Onların sözlərinə görə, "kişi” eyni zamanda özünə biznes açmaq üçün  onlardan 850 min rupi  (təxminən 13 min dollar) borc alıb ancaq sonradan bu borcu geri qaytarmayıb.

Dindirilən zaman Sen polisdə şübhə oyadıb. Onu tibbi müayinəyə göndəriblər. Müayinənin gedişində məlum olub ki, onların qarşısında əslində kişi cildinə girmiş qadın durub.

Hüquq mühafizə orqanları müəyyən edib ki, Sen ilk həyat yoldaşı ilə toydan sonra 2014-ci ildə ayrılıb, və 2017-ci ilin aprelində yenidən nikaha daxil olub.  Onun hazırda nikahda olub olmadığı xəbər verilmir.

Qadın xarici görünüşü ilə  "gələcək gəlinləri”ndə hər hansı şübhə oyatmayıb, belə ki,   onların qarşısında heç vaxt soyumayıb və onlarla cinsi əlaqəyə girməyib.  Onun çoxsaylı kişi dostları olub, kişilərə aid ayaq yolundan istifadə edib, kişi hərəkətləri ilə addımlayıb (yeriyib???). Hüquq mühafizə orqanlarına verdiyi açıqlamada Sen hər zaman kişi olmağı arzuladığını bildirib.

Jurnalın məlumatına görə, o əvvəllər Sviti adı ilə  tanınıb.  Hələlik cinayətkarın hansı ittihamlar üzrə mühakimə olunacağı bəlli deyil.

Hindistanda 1961-ci ildən cehiz vermək və almaq qanunla qadağan edilib. Ancaq uzun əsrlərdən miras qalan bu ənənə Cənub-Şərqi Asiyanın bir çox bölgələrində hələ də tətbiq olunur. Cehiz  daha çox gəlinin ailəsinin bəyin ailəsinə hədiyyə etdiyi puldan, geyim və bəzək əşyalarından ibarət olur.

oxu.az
XƏBƏR LENTİ