Məsələ burasındadır ki, "Fraza" xəbər saytı ölkənin baş naziri Nikolya Azarovun istefaya göndərilməsi ilə bağlı xəbər yayıb və mənbə kimi "İnterfaks-Ukrayna"nı göstərib (sonradan bu barədə qeyd səhifədən götürülüb).
Agentliyin direktoru Aleksandr Martınenko deyib: "İnformasiya internetdə geniş yayıldığından, biz hesab edirik ki, agentliyin nüfuzuna zərbə dəyib".
Hazırda hüquqşünaslar mənəvi zərər üçün istəniləcək məbləği müəyyən etməyə çalışırlar, bundan sonra sənədlər məhkəməyə göndəriləcək.
Qeyd edək ki, buna oxşar hadisə bu gün Azərbaycanda da baş verib. Belə ki, fanat.az idman saytı AFFA-ya istinadən yığmamızın baş məşqçisi Berti Foqtsun istefaya getdiyini deyib. Ancaq sonradan bunun 1 aprel zarafatı olduğu ortaya çıxıb. AFFA isə İnterfax-dan fərqli olaraq xəbər portalını məhkəməyə verməyib.