"1 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı yayılan məlumatlar araşdırılır" - Ombudsman

"1 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı yayılan məlumatlar araşdırılır" - Ombudsman
SOSİAL
13:30 23.01.2017
1049

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı 1 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. 


Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlərdən məlumatlıdırlar və hazırda araşdırma aparılır.

 

"Araşdırmanın nəticələri barədə yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək" – deyə o qeyd edib.

 

Qeyd edək ki, dünən bəzi KİV-də 1 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların etirazının baş verməsi və bununla bağlı müəssisəyə hərbçilərin daxil olması barədə məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR