8 övladı olan kişi əkiz uşaqlarının da olacağını öyrəndikdə onlara baxa bilməyəcəyini deyərək evdən qaçıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, maraqlı hadisə Uqandada baş verib.
Hazırda 8 övladı olan və daha bir uşaq gözləyən kişi həyat yoldaşının əkizlərə hamilə olduğunu öyrəndikdən sonra onlara daha baxa bilməyəcəyini deyib. Bununla uşaqlarının sayının 10-a çatacağını deyən kişi evdən qaçıb.
Bundan sonra Ssalongo adlı kişi bir daha ortaya çıxmayıb. Həyat yoldaşı Nalongo Gloria isə dünyaya gətirdiyi əkizlərə və digər 8 uşağa öz imkanları ilə çətinliklə baxır.
Aydın