10 il əvvəl xizək sürərkən qəza keçirən Şumaxerdən YENİ XƏBƏR

10 il əvvəl xizək sürərkən qəza keçirən Şumaxerdən YENİ XƏBƏR
DÜNYA
13:33 10.01.2024
334
"Formula 1-in pilotu Conni Herbert 10 il əvvəl xizək sürərkən qəza keçirərək vegetativ vəziyyətə düşən alman pilot Mixael Şumaxerin sağlamlıq durumu haqqında məlumat verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Herbert deyib ki, Şumaxer artıq yemək masasında oturub yemək yeyə bilir.

Herbert müsahibəsində bunları deyib:
 
"Mən F1 insayderlərindən eşitdiklərimi ikinci dəfə eşidirəm. F1 insayderləri onun nahar üçün masada oturduğunu söylədi, amma bunun doğru olub olmadığını bilmirəm." 

Şumaxerə həyat yoldaşı Korinna və həkimlər Cenevrə gölündəki evində baxır, lakin onun vəziyyəti ilə bağlı məlumat açıqlanmayıb.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR