15:27 Cümə Axşamı, 20 Iyun 2019
Manşet

“10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək” - Elman Rüstəmov

12:07, 26.04.20196602
“10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək” - Elman Rüstəmov
"10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər"

AZXEBER.COM Azvision.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

AMB sədri qeyd edib ki, əsas məqsəd əhalinin aztəminatlı təbəqəsinin problemli kreditlərinin həlli idi: "Prezidentin dollar krediti olan fiziki şəxslərə güzəştin edilməsinə dair qərarı böyük əhali qrupunu əhatə edir. 10 min, 20 min, 50 min dollarlıq kredit artıq biznəs kreditləridir. Biznes sahibləri risklər üçün özləri cavabdehdirlər. Dövlətin bu yükü üzərinə götürmək öhdəliyi yoxdur". 
XƏBƏR LENTİ