İngiltərənin Qərbi Yorkşir qraflığında 10 yaşlı qız avqust ayında bədbəxt hadisə nəticəsində həlak olmuş atasının arzusunu həyata keçirməyi qərara alıb: milad bayramı günü o, 50 evsiz adamı doyuzdurub.AZXEBER.COM "Daily Mail"ə istinadən xəbər verir ki, Qreysi MakNalti həyatında ilk dəfə atasız milad bayramı keçirməyi ilə razılaşa bilmirmiş. Buna görə də standart bayram keçirməkdən imtina edib və atasının arzusunun həyata keçirməyi qərara alıb.O, öz anasının, qardaşının və bacısının yardımı ilə o, müxtəlif qarnirlərlə birlikdə hind toyuğu əti hazırlayıb və evsiz 50 adam üçün süfrə açıb.