02:30 şənbə, 15 Dekabr 2018
SAĞLAMLIQ

11 min 200-dən çox dərmanın qiymətini dövlət tənzimləyəcək - Tarif Şurasının qərarı

21:21, 05.10.20186736
11 min 200-dən çox dərmanın qiymətini dövlət tənzimləyəcək - Tarif Şurasının qərarı
Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin icmal siyahısı dərc olunub. 

AZXEBER.COM-un məlumatına görə, bununla bağlı qərarı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev imzalayıb. 

Siyahıda, ümumilikdə, 11201 dərman vasitəsinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi, istehsalçı şirkəti, topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi yer alıb. 

Qərar imzalandığı gündən qüvvəyə minir.
XƏBƏR LENTİ