20:34 çərşənbə, 24 Aprel 2019
MARAQLI

126 kq idi - bu üsulla 2 dəfə arıqladı - FOTO

23:27, 11.02.20194282
126 kq idi - bu üsulla 2 dəfə arıqladı - FOTO
Danimarkada yaşayan Matilda Broberq uşaq vaxtından həmişə kök olub.

22 yaşında onun çəkisi artıq 126 kq çatıb və qız arıqlamağa qərar verib.

AZXEBER.COM saglamolun.az-a istinadən bildirir ki, ilk növbədə Matilda konfet, fastfud, bulka və hətta şirin meyvələrdən imtina edib. Beyini aldatmaq üçün qız xörək qaşığı əvəzinə çay qaşığından, böyük boşqablar əvəzinə kiçik boşqablardan istifadə etməyə başlayıb. Bu ona daha asta yeməyə və az qida ilə doymağa kömək edirdi.

Birinci ay çox çətin keçdi. Lakin daha sonra Matildanın mədəsi kiçilməyə başlayıb və o, az yemək yeməyə öyrəşib.

1,5 il ərzində Matilda 126 kq-dan 63 kq qədər arıqlayıb. Lakin bunun nəticəsində yeni problem yaranıb - dəri sallanmağa başlayıb. Artıq dəridən xilas olunmaq üçün Matilda cərrahi əməliyyatdan keçib.

Daha sonra qız idmanla məşğul olmağa başlayıb və idman o qədər onun xoşuna gəlib ki, Matilda oxuduğu memarlıq institutunu ataraq peşəkar məşqçi olub.
 

 

 


XƏBƏR LENTİ