13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verildi - FOTO

13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verildi - FOTO
KRİMİNAL
16:27 25.11.2013
2916

Axtarışa verilən qadının əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir

Azərbaycanda 13 il əvvəl əfv olunan şəxs yenidən axtarışa verilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.Məlumata görə, 1961-ci il təvəllüdlü Xalidə Salah qızı Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinir. İstintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.Qeyd edək ki, X. Məmmədova əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2000-ci ildə əfv edilib.

OXŞAR XƏBƏRLƏR