Göygöl rayonunda bədbəxt hadisə baş verib.
Hadisə Toğana kəndində qeydə alınıb.
2006-cı il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Aydan Şərəfxan qızı qayadan yıxılıb.
Azyaşlı yaxınları tərəfindən ilk olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə uşaq xəstəxanasına aparılıb.
İlkin məlumatlara görə, yaralının vəziyyəti orta ağırdır.
///Oxu.Az