13 yaşlı qız həbsxanada seksual hücuma məruz qaldı

DÜNYA
08:35 29.01.2013
2208
Türkiyədə anası ilə birlikdə həbsxanada olan atasını görməyə gedən 13 yaşlı qız nəzarətçinin seksual xarakterli hücumuna məruz qalıb. Yerli mətbuatın xəbərinə görə, hadisə İzmir vilayətinin Berqama rayonundakı həbsxanada baş verib. Məlumata görə, polisə müraciət edən O.G.S. adlı qadın həyat yoldaşını görmək üçün getdiyi həbsxanada meydana gələnləri bildirərək nəzarətçidən şikayətçi olub.Qeyd edək ki, polisin psixoloqun müşayiəti ilə ifadəsini aldığı 13 yaşlı E.S. başına gələnlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

OXŞAR XƏBƏRLƏR