Hadisə Türkiyənin Elazığ bölgəsində baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 8-ci sinif şagirdi Məhəmməd Təkin məktəbin həyətində tapança ilə başına güllə açıb.
Atasının silahı ilə intihar edən Məhəmməd hadisə zamanı sinif yoldaşlarının yanında olub. Müəllimlərin və məktəb rəhbərliyinin təəcili xəstəxanaya zəng etməsinə baxmayaraq Məhəmmədin həyatını xilas etmək mümkün olmayıb.
Məktəblinin hansı səbəbdən intihar etməsi araşdırılır.
Faktla bağlı cinayət işi qaldırılıb.