Türkiyədə 15 yaşlı oğlan, küçənin ortasında 44 yaşlı anasını bıçaqlayaraq başını kəsib. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, küçədə anası ilə mübahisə edən 15 yaşlı oğlan, anasını 5 yerindən bıçaqlayıb. Bununla kifayətlənməyən yeniyetmə daha sonra anasının başını kəsib. Hadisə yerinə gələn təcili tibbi yardımı ilə xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilib. Qeyd edək ki, 44 yaşlı qadın bir müddət əvvəl həyat yoldaşından ayrılıb. 15 yaşlı uşaq isə həmin müddətdə atası ilə birgə yaşayırmış.