İstanbuldakı "Reina" klubunda baş verən, 39 nəfərin ölümü ilə nəticələnən teraktla bağlı yeni məlumatlar əldə edilib.
AZXEBER.COM xəbər verir ki, polis "Reina" qətliamı ilə bağlı Silivridə əməliyyat keçirib. Ərazidən 150 min dollar pul tapılıb. Məlum olub ki, bu pullar yeni il gecəsi qətliam törətdiyinə görə "Reina" terrorçusuna verilməli imiş.
///Milli.az