150 min israilli xaricdə çətin vəziyyətə düşdü

150 min israilli xaricdə çətin vəziyyətə düşdü
DÜNYA
12:48 05.08.2024
143
 150 min israilli ölkəyə dönə bilmir.

AZXEBER.COM xəbər verir ki, İranın paytaxtı Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi və İsrailin Beyruta endirdiyi hava hücumunda Hizbullahın yüksək rütbəli komandiri Fuad Şükürün öldürülməsindən sonra İran, Hizbullah və HƏMAS-ın İsraildən qisas alması hava yolları şirkətlərinin uçuşlarına təsir edib.
 
İsrailin Kanal 12 televiziyası bir çox hava yolu şirkəti Təl-Əvivə uçuşları dayandırdığı üçün təxminən 150 min israillinin ölkəyə dönə bilməyəcəyini iddia edib. 

Kanal 12 televiziyasının internet saytında yer alan açıqlamada, bir çox hava yolu şirkəti Təl-Əvivə uçuşları ləğv etdiyi üçün təxminən 150 min israillinin ölkəyə dönə bilməyəcəyi iddia edilib.

İsrailin dövlət televiziyası KAN-ın dünənki xəbərində təxminən 4 min israillinin xaricdə qaldığı və İsrailə qayıtmaq üçün Tel-Əviv Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığı bildirilib.

Qeyd edək ki, Yaxın Şərqdəki gərginliyə görə 15 beynəlxalq hava yolu şirkəti Təl-Əvivə uçuşları müvəqqəti və ya qeyri-müəyyən müddətə dayandırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR