16 yaşlı qız dönərdən zəhərləndi

16 yaşlı qız dönərdən zəhərləndi
SOSİAL
11:06 27.03.2017
1560

 

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Tovuz rayon Qovlar kənd sakini, 2001-ci il təvəllüdlü Hüseynova Gülər Faiq qızı yediyi dönərdən zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və G.Hüseynovaya dərhal tibbi yardım göstərilib. Yeniyetmə reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


///Report
OXŞAR XƏBƏRLƏR