16 yaşlı Turanın qətli ilə bağlı yeni şok detallar: "Sən söz eşitmirsən?" - VİDEO

16 yaşlı Turanın qətli ilə bağlı yeni şok detallar: "Sən söz eşitmirsən?" - VİDEO
SOSİAL
13:47 03.12.2022
3823
Bir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında öldürülən 16 yaşlı Turan Rüstəmovun ailəsi hadisə barəsində danışıb.

AZXEBER.COM Astar yutub kanalına istinadən xəbər verir ki, Turanın ailəsi onun idmana olan həvəsi ilə bağlı 3 ay imiş ki, Yevlaxda yaşadıqları kənddən Mingəçevir şəhərinə köçərək burada kirayə qalmağa başlayıb. 

Mərhumun müəllimi isə hadisə baş verən zaman idman zalında, Turanla birgə olub:

"Turan 2 görüşdə qalib gəlib, oturub istirahət edir, 3-cü görüşə hazırlaşırdı. O, mənim arxamda əyləşmişmişdi. Arxaya çevrilib dedim ki, "Turan, 5 görüş qalıb, 1-2 qarşılaşmadan sonra dur bədənini qızışdır, hazırlaş". O, da mənə "baş üstə, oldu müəllim" dedi. Mən yenə çevrilib hakimlər tərəfdə öz yerimi aldım. 2-3 dəqiqə keçərdi, ya keçməzdi eşitdim ki arxadan səs-key gəlir. Aralarında baş verən hadisənin ilk başda olduğun bilməim, içəridə səs çox idi deyə mən gec xəbər tutdum. Arxaya çevriləndə 2 nəfərin bir-birini tutduğunu gördüm. Qətlə yetirənin arxası mənim tərəfə dönük idi. Bilmədik ki, mübahisə elədiyi Turandır. Bunu arxaya çəkmək istəyəndə Turanı qanlı vəziyyətdə gördüm". 

Qətlə yetirilən idmançının qohumu isə ərazidə tibbi personalın olmamasından, yaxınlıqdakı insanların məsələyə müdaxilə etməməsindən şikayətlənib. Hadisə baş verən cüdo klubunun məşqçisi bildirib ki, orada həkim olub, ancaq bıçaq yarası çox olduğundan həkim müdaxilə edə bilməyib:

"Anında Turanı çölə çıxardıb xəstəxanaya çatdırmaq istədik, alınmadı. Kompleksdəki həkim, ürəyi gedən olanda naşatır spirti iylədir, sınığa-çıxığa müdaxilə edir. Yarışlarda belə hadisələr olmur deyə, peşəkar həkimlər də olmur. Ətrafda hamı elə bilir ki, Turana yumruq vurur. Bir də aralanandan sonra qanı görəndə bildik ki, sən demə bıçaqlayırmış".

Qətlə yetirilən idmançının atası deyir ki, Turanın ürəyindən 2, başından 3-4 və boynunun arxasından bıçaq zərbələri vurulub. Hətta meyiti yuyanda da qanaxması dayanmırmış. 

Daha ətraflı videoda:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var