Yaponiya polisi qorxunc bir mənzərə iə rastlaşıb.Qonşuların zəngi əsasında mənzilə baxış keçirən asayiş keşikçisi qorxduğu gizlədə bilməyib. O, mənzilin qapısını açanda, 160 arıq, başı qırxıq, zorla tərpənən çirkli it sürüsünü görüb.Mənzildə zibildən dağ əmələ gəlibmiş. Onun sakini işsiz yapondur. Oradan 10 tondan çox zibil, tullantı daşınıb. Heyvanlara qarşı amansızlıqla davrandığı üçün qadını həbs ediblər.İtlər onları üçün nəzərdə tutulmuş özəl sığınacağa təhvil verilib. Mənbənin bildirdiyinə əsasən, psixoloji cəhətdən xəstə bu qadın 6 min dollar cərimə verməlidir. Əks halda «heyvanlara işgəncəyə» görə 3 il azadlıqdan məhrum ediləcək.