Meksikada daha bir Ginnes rekordu təzələnib. Paytaxt Mexikoda 1662 saç ustası eyni vaxtda müştərilərin saçını kəsib. Peşəkar saç ustalarına Ginnes rekordunu təzələmək üçün 17 dəqiqə bəs edib.Tədbirin təşkilatçıları bu müddət ərzində kəsilmiş saçlardan Mexiko şəhərini yaşıllaşdırmaq üçün gübrə kimi istifadə ediləcəyini bildiriblər.Bundan əvvəlki analoji rekordu Yaponiyada 1155 nəfərlə qeydə alınmışdı.