18 ildir itkin düşən qızın ailəsi hər kəsdən kömək istədi

18 ildir itkin düşən qızın ailəsi hər kəsdən kömək istədi
DÜNYA
13:31 08.01.2024
184
18 il əvvəl Türkiyənin İzmir bölgəsinin Buca rayonunda gəzinti meydançasında itən və həmin vaxt 5 yaşında olan İlayda Taşçıdan (23 yaş) hələ də xəbər yoxdur. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, atası Saim Taşçı (47 yaş) hələ də ümidlərini itirmədiklərini söyləyib 

O qeyd edib ki:  "18 ildir ki, ürəyimiz hər gün parçalanır, hələ də məsul şəxslərdən kömək gözləyirik"  

Hadisə 2006-cı il aprelin 9-da baş verib. 

Taşçı ailəsi  Qaynaqlar bölgəsindəki gəzinti sahəsinə gedib. Gün boyu gəzintiyə çıxan Taşçı ailəsi axşam saatlarında evə qayıtmağa hazırlaşarkən  5 yaşında olan qızları İlaydanın itdiyini anlayıblar. Öz səyləri ilə axtarış aparan cütlüyə jandarma qrupları da dəstək verib. Ancaq axtarış heç bir nəticə verməyib.  

Buca rayonundakı polis akademiyasında fəhlə işləyən ata Saim Taşçı hadisənin üstündən 18 il keçməsinə baxmayaraq, yarasının sağalmadığını vurğulayıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR