22:18 çərşənbə, 12 Dekabr 2018
DÜNYA

18 mühaciri boğulmaqdan qurtaran Sara həbs edildi - İnsan alverinə görə

10:33, 07.09.20184119
18 mühaciri boğulmaqdan qurtaran Sara həbs edildi - İnsan alverinə görə
2015-ci ildə Yunanıstanın Midilli adasında 18 mühaciri boğulmaqdan xilas edən və Avropada "qəhrəman" elan olunan Sara Mardini həbs edilib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Sara insan qaçaqmalçılığı, casusluq və terror təşkilatına üzv olmaqda günahlandırılır. 26 yaşlı qız avqustun 21-də həbs edilərək Yunanıstanın Karidallos həbsxanasına göndərilib. Sara istintaq yekunlaşana və məhkəmə qarşısına çıxarılanadək 18 ay həbsdə qalacaq. 

Xatırladaq ki, Sara və bacısı Yüsra Mardini 3 il əvvəl mühərriki işləməyən qayığı boğazlarına bağlayaraq sahilə çıxarmışdılar. İngilis rejissor Stefan Daldri bacılar haqda hətta film çəkməyə başlamışdı. Onlar daha sonra Almaniyaya köçmüşdülər. Yüsra BMT-nin Mühacirlərə yardım təşkilatının xoşniyyətli səfiri olmuş, 2016-cı ildə Rio Olimpiada yarışlarında iştirak etmişdi. Sara isə Almaniyada Bard Universitetində iqtisadiyyat və sosial elmlər üzrə pulsuz təhsil almaq imkanı qazanmışdı. 
XƏBƏR LENTİ