Xəbər verdiyimiz kimi, Milli Məclisdə "Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Qanunu təsdiqləyib.
Qanuna əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.
Həmin günlərin iş yoxsa qeyri-işi günü olması ilə bağlı müxtəlif fikirlər səslənib.
AZXEBER.COM xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti məsələylə bağlı paylaşım edib.
Məlumata görə, Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayılacaq.