18 yaşlı azərbaycanlı qız canlı yayımda hər kəsi təəccübləndirdi - VİDEO

MAQAZİN
18:30 27.11.2013
7490
18 yaşlı azərbaycanlı qız Adelia Hacıyeva ATV-də yayımlanan "Özünə bax" yarışmasında gözəlliyi ilə hər kəsi təəccübləndirib.
Showlife.Az xəbər verir ki, aparıcı olduğunu deyən Adelia gələcəkdə telekanalların birində veriliş aparmaq istədiyini də vurğulayıb.
Maraqlıdır ki, Adelianın geyimi verilişin rəhbəri, tanınmış müğənni Ruhinin xoşuna gəlməyib: "Ayaqqabılarını heç bəyənmədim. Yaşına uyğun geyinməmisən. Zövqün var hardasa, amma geyimin uğurlu deyil."Verilişdə digər diqqət çəkən məqam isə aparıcı Rüfət Ağayevin qəza keçirdiyini deməsi olub.
“ATV-nin redaksiyasına yaxın bir yerdə qəzaya düşdüm. Sarışın bir xanım maşınımı vurdu. Qəribəsi odur ki, xanımı əvvəlcədən görəndə qəza törədəcəyini hiss etdim. Əsas odur, özüm salamatam. Amma avtomobilim əzilib, xeyli xərcə düşdüm”.
Showlife.Az həmin görüntüləri təqdim edir:
OXŞAR XƏBƏRLƏR