Belçikada 64 yaşlı kişi şoka düşüb
Belçikada qeyri-adi hadisə baş verib.
AZXEBER.COM-un məlumatına görə, kişi 19 illik həyat yoldaşının evlənmədən öncə kişi olduğunu öyrənərək şoka düşüb. Belçikada dərc edilən "Nieuwsblad" qəzetinin yazdığına görə, 64 yaşlı Jan adlı kişi 1993-cü ildə bacısının yanında olan uşaq baxıcısı ilə tanış olub. Qısa müddət ərzində o Monika adı ilə tanıdığı İndoneziya əsilli "qadınla" ailə qurub.
"Monika o zamanlar 29 yaşında, mən isə 45 yaşında idim. O çox gözəl idi. Uşaq istəmədiyini deyirdi. Mənim də əvvəlki evliliyimdən uşağım olduğu üçün razılaşdım. O, mənim uşaqların üçün ideal ana idi. Ondan şübhələnmək ağlımın ucundan belə keçməyib", - deyə Jan bildirib.
Kişinin sözlərinə görə, 19 illik arvadının keçmişdə kişi olduğunu o, evlərinə qonaq gələn qohumlarının ağzından qaçırması nəticəsində təsadüfən öyrənib. Yaşlı kişi vəziyyət haqqında oğlu ilə məsləhətləşib. Bundan sonra oğlu da buna bənzər şayiələr eşitdiyini deyib. Axşam isə israrlar qarşısında dayana bilməyən "qadın" gerçəyi danışmağa məcbur olub. "O gün bütün dünyam yıxıldı. Onunla boşanıram. İndi eyni evdə, ancaq ayrı otaqlarda qalırıq", - deyə Monika bildirib.