19 yaşlı qız universitetə getmək üçün atasını döydü

DÜNYA
01:28 21.01.2013
5837

Türkiyənin Adana şəhərində 19 yaşlı qız işsiz atasını döyüb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 19 yaşındakı İpək.Y adlı qız universitetə hazırlaşmaq üçün repetitor yanına getmək istəyib. O bunun üçün atasından pul istəyib. İşsiz ata qızına onu repetitor yanına göndərmək üçün pulu olmadığını söylədikdə İpək.Y qəzəblənərək onu evdəki küt alətlə döyməyə başlayıb.

Qonşuların şikayəti ilə hadisə yerinə gələn polis 19 yaşlı qızı həbs edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR