19 yaşlı sürücünün fərqlənmə nişanının olub-olmamasını polis niyə yoxlamayıb? - RƏSMİ CAVAB

19 yaşlı sürücünün fərqlənmə nişanının olub-olmamasını polis niyə yoxlamayıb? - RƏSMİ CAVAB
SOSİAL
11:20 14.10.2021
1065
"Sürücünün nəqliyyat vasitəsini idarə etməyə ixtiyarı olub. Sürücünün idarə etdiyi "Mercedes Atego" markalı maşın "C" kateqoriyası ilə nəzərdə tutulan nəqliyyat vasitəsidir. Onun sürücülük hüququ var. Sürücüdə fərqlənmə nişanı isə olmayıb".

AZXEBER.COM xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində qonaq olan DYP-nin baş inspektoru Araz Əsgərli bildirib.

O əlavə edib ki, stasionar postlarda sürücünün yuxulu olub-olmaması yoxlanılmır: "Fərqlənmə nişanının olub-olmamasını stasionar postlardan keçən hər bir sürücüdə seçmə üsulla yoxlanılır".

Qeyd edək ki, Suraxanı Rayon Məhkəməsində aeroport yolunda sərnişin avtobusuna çarpılan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, M.Əzizovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

OXŞAR XƏBƏRLƏR