06:29 Cümə Axşamı, 17 Oktyabr 2019
MARAQLI

Çiyələk və kakaonun genetik şifrəsi tapıldı

20:06, 27.12.20101392
Çiyələk və kakaonun genetik şifrəsi tapıldı

“Nature Genetics” jurnalının məlumatına görə, beynəlxalq araşdırma qrupu, yabanı çiyələyin, insanların sahib olduğundan çox, yəni 35 min genə sahib olduğunu müəyyənləşdirib.

Oregon Əyalət Universitetinin müəllim Todd Mockler, genetik xəritənin tapılmasının, meyvənin zərərli böcəklərə qarşı müqavimətli, daha yaxşı iy verən, istiliyə dayanıqlı, daha az gübrə tələb edən hala gətirilməsini və ömürünün uzanmasını təmin edə biləcəyini deyib.

Jurnalda həmçinin fransalı araşdırmaçıların şokolad istehsalında istifadə edilən kakao bitkisinin Criollo növünün genetik quruluşunu tapdığı da əks olunub.

Kakaonun bu növündə 29 min qədər gen tapan alimlər, bu tapıntının kakao bitkisinin genetik olaraq inkişaf etdirilməsini təmin edə biləcəyini qeyd ediblər.


 

XƏBƏR LENTİ