1İsrail əsgərinin yerinə 1027 fələstinli əsgər

MARAQLI
12:26 12.10.2011
1832
srail və Fələstin əsir mübadiləsi edəcəklər. İsrail hökuməti ilə Qəzza zolağına nəzarət edən HƏMAS radikal hərəkatının rəhbərliyi hərbi əsirlərin dəyişdirilməsinə dair razılığa gəliblər. İsrail hökuməti Gilad Şalit adlı əsgərinin azad edilməsinə, 5 ildir davam edən danışıqlardan sonra, nəhayət nail olub. 1 İsrail əsgərinin müqabilində terrorda ittiham edilən 1027 fələstinli məhbus azad ediləcək. Onlardan 27-si qadındır. İsraildə etirazlara baxmayaraq, parlamentdə səsvermə zamanı 29 üzvdən 26-sı hərbi əsirlərin mübadiləsini dəstəkləyib. Bununla belə, HƏMAS hərəkatın;n nisbətən fəal üzvlərinin azad edilməməsi qərara alınıb.İsrailin baş naziri Benyamin Netanyahu yerli televiziyada çıxış edərək, Gilad Şalitin azad ediləcəyini açıqladıqdan sonra, əsgərin ailəsi və dostları bunu bayram ediblər. İsrail hökumətinin mətbuat katibi Mark Reqev mübadilənin ədalətli olduğunu bildirib."Hesab edirik ki, Qahirədə əldə edilmiş razılıq düzgün balanslaşdırılıb. Mübadilə bizim gənc hərbçimizi evə geri qaytarır və İsrail ictimaiyyətini məhbusların azad edilməsi ilə yaranan təhlükədən qoruyur. Düşünürük ki, danışıqlar masasına qoyulmuş təklif tam məsuliyyətli və düzgün balanslaşdırılıb" - Mark Reqev belə deyib.Qəzza zolağında da İsrail əsgəri Gilad Şalitin azad edilməsi, əvəzində də fələstinli hərbi əsirlərin azadlığa buraxılması bayram edilib. Qəzza zolağının baş naziri İsmayıl Haniyə izdiham qarşısında çıxış edib. "Fələstin xalqını bu tarixi an münasibətilə təbrik edirik və xalqımızı öz torpağına və ailələrinin yanına qayıdan qəhrəmanlarını qarşılamaq üçün hazırlaşmağa çağırıram." -deyə, İsmayıl Haniyə bildirib.

OXŞAR XƏBƏRLƏR