Türkiyənin İzmir şəhərinin Karşıyaka rayonunda 19 yaşlı Pınar Y.-ni iki ay əvvəl ərə getdiyi əri Mehmet Y. və qaynatası döyərək öldürüblər.
Pınar Y. 28 yaşlı Mehmet Y.-yə sevərək ərə getmişdi. Lakin ailə həyatının ilk günlərindən etibarən əri onu söyməyə, təhqir etməyə, döyməyə başlayıb.
Srağagün də əri onunla heç bir ciddi səbəb olmadan dalaşıb, Pınarı döyüb. Daha sonra onu qaynatası, 56 yaşlı S.Y. döyməyə başlayıb.
İki kişinin aramsız zərbələrindən huşunu itirən Pınarı ayıltmağa çalışsalar da, bir nəticə hasil olmayıb.
Onu xəstəxanaya aparıblar.
Pınar xəstəxanada keçinib. Onun əri və qaynatası isə evdən qaçıblar.
Həmin şəxsləri polis arayır. (milli.az)