"2 bürc üçün evlilik var"- Astroloqdan AÇIQLAMA

"2 bürc üçün evlilik var"- Astroloqdan AÇIQLAMA
MARAQLI
14:26 31.07.2025
708
Eşqi, xoşbəxtliyi, yaradıcılığı, pulu, sevgini, estetik və gözəlliyi simvolizə edən Venera, Əkizlər bürcündən çıxaraq Xərçəng bürcünə keçir və 25 avqusta qədər bu bürcdə hərəkət edəcək.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımında bildirib:
 
Veneranın əvvəlki dayanacağı olan Əkizlər bürcündəki o flörtöz, sosial və bir mövzudan digərinə atlayan enerjidən sonra Xərçəng bürcünə keçidi – sanki çöldəki səs-küylü bir partidən çıxıb, isti və sakit evimizə girmək kimidir. Enerji artıq çöldən evə yönəlir. Artıq öncəliyimiz "nə qədər çox insanla tanış ola bilərəm?” deyil, "kimlərlə həqiqətən dərin bir bağ qura bilərəm?” sualına çevrilir.

Bu dövrdə təhlükəsizlik, şəfqət və aidiyyət hissi hər şeydən önəmli olur. Bir sözlə, qəlbimiz bir "yuva” axtarmağa başlayır.

Səthi münasibətlər, bir gecəlik macəralar və emosional dərinlikdən məhrum flörtlər artıq cazibəsini itirir. Biz tərəfdaşımızla sadəcə danışmaq deyil, onunla birlikdə "hiss etmək” istəyirik. Qucaqlaşmaq, əl-ələ tutmaq kimi fiziki təmaslar hər zamankindən daha mənalı olur.

Sevdiklərimizi qanadlarımızın altına almaq, onları hər cür pislikdən qorumaq istəyi zirvəyə çatır.

Bu dövrdə keçmiş sevgiləri xatırlaya bilərik, lakin diqqətli olun! O münasibətlərin niyə bitdiyini xatırlayın! Münasibətlər ciddiləşə bilər. Bu, partnyorunuzu ailənizlə tanış etmək və ya onun ailəsi ilə tanış olmaq üçün əla zamandır.

Evimizi gözəlləşdirmək, onu daha komfortlu və isti bir yerə çevirmək istəyimiz arta bilər. Yeni yastıqlar almaq, divarlara xatirələrlə dolu fotolar asmaq, mətbəxə yeni və dəbli əşyalar almaq kimi xərclər gündəmə gələ bilər. Ailəmizə, dostlarımıza xüsusi süfrələr hazırlamaq, nənə reseptlərini sınamaq bu dövrün ən ləzzətli fəaliyyətlərindən olacaq.

Ailə üzvləri ilə münasibətləri düzəltmək, onlarla daha çox vaxt keçirmək, küsülülüklərə son vermək üçün çox dəstəkləyici bir zamandır.

Subaylar üçün isə Veneranın Xərçəng bürcünə keçidi – emosional bağ qura biləcəkləri, özlərini təhlükəsiz hiss edəcəkləri münasibətlərə doğru asanlıqla çəkilmə dövrüdür. Pul yığmağa başlamaq, qənaət etmək baxımından da bərəkətli bir mərhələdir.

Saatlarla gözəllik salonlarında vaxt keçirməkdənsə, evdə özümüzə etdiyimiz baxımlar daha cazibədar görünə bilər.

Ev, torpaq və ya daşınmaz əmlak almaq, evə sərmayə qoymaq, ev dekorasiyası, təmir və ya yenilənmə kimi mövzular gündəmə gələ bilər".
 
Oksana
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım