Məlumatda bildirilir ki, 2 gənc haqda br neçə saatdır ki, məlumat yoxdur: "Məhəmməd Əzizovun evinə Hərəkat üzvlərindən biri gedib və orda onu 4 nəfər mülki geyimli şəxs qarşılayıb. Halbuki Məhəmməd tək qalırdı. Deyiblər ki, Məhəmməd burada yoxdur. Telefonuna zəng çatsa da, ya qapadılır, yada cavab verilmir. Növbəti dəfə jurnalistlərlə birlikdə Məhəmmədin yaşadığı evə gedilib və ev artıq boş olub. Bəxtiyar Quliyevlə də heç cürə əlaqə saxlana bilinmir. Axırırıncı dəfə 17.30-18.00 radələrində əlaqə saxlanıb və metroda olduğunu və şəhər mərkəzinə gəldiyini bildirib. Bundan sonra Bəxtiyarla əlaqə saxlamaq mümkün olmayıb. Hər iki gəncin oğurlanma ehtimalı böyükdür".Məsələyə yenidən qayıdacağıq.