21:45 çərşənbə Axşamı, 23 Iyul 2019
DÜNYA

2 otel təxliyə edildi - SƏBƏB

12:37, 01.07.20195492
2 otel təxliyə edildi - SƏBƏB

Türkiyənin qərbində İzmir vilayətində iki otel təxliyə edilib.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, təxliyə yaxınlıqdakı meşədə baş vermiş yanğın səbəbindən aparılıb.

Məlumata görə, yanğının otellərə çatması təhlükəsi böyük olmasa da, turistlərin təxliyəsi tüstüdən zəhərlənmə ehtimalının olması səbəbindən aparılıb.

Hələ ki baş vermiş meşə yanğınları nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Hazırda meşədə baş vermiş yanğının söndürülməsi istiqamətində operativ iş aparılır.

XƏBƏR LENTİ