2 yaşlı uşaq neft içdi

2 yaşlı uşaq neft içdi
Bütün Xəbərlər
14:53 18.09.2013
1035

Gəncə şəhərində 2 yaşlı uçaq neft içərək zəhərlənib. 

Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasından verilən məlumata görə, 2011-ci il təvəllüdlü Qurbanov İsmayıl Seymur oğlu ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlərin tibbi yardımı ilə 2 yaşlı uşağı xilas etmək mümkün olub. Onun vəziyyətinin normal olduğu bildirilir. Uşağın valideynləri bildirib ki, evdə meyvə şirəsi qutusuna neft töküblər və uşaq nefti şirə bilərək içib.

OXŞAR XƏBƏRLƏR