20 May tarixində Dünəndən – Bu günə adlı sərgi keçiriləcək

MƏDƏNİYYƏT
16:30 09.05.2016
2399

Sərgiyə iş vermək istəyən yaradıcıların nəzərinə: Nümayiş olunacaq işlərin növünə, janrına, texnikasına, ölçüsünə və sayına məhdudiyyət qoyulmur. Sərgidə istər rəssamlar, istər heykəltəraşlar, istər fotoqraflar, istərsə də, memarlar iştirak edə bilərlər.

Dünəndən – Bu günə fikrini ifadə etməsi şərti ilə mövzu sərbəstdir. Qeydiyyat email vasitəsilə olacaq və son qeydiyyat tarixi 15 maydır. Ad, soyad, əlaqə nömrəsi (bunlar əsasdır) və əgər hazırdısa sərgidə nümayiş olunmasını istədiyiniz işin rəsmi ilə birlikdə qeydiyyatdan keçənlər işləri Rəssamlar İttifaqına təhvil verilməlidir. Son təhvil alma tarixi 16 maydır.

Rəssamlar ittifaqında işlər bir daha nəzərdən keçirildikdən sonra uyğun olanlar qəbul olunacaq və yaradıcılara xəbər veriləcək. Qeydiyyatdan keçmək üçün, ad, soyad, əlaqə nömrəsi (bunlar əsasdır) və hazırdısa nümayiş olunmasını istədiyiniz işin rəsmini [email protected]/* */ email adresinə göndərməyiniz xahiş olunur. İşləri Rəssamlar İttifaqına təhvil verdikdən sonra əlaqə vasitələrindən hər hansı birinə ad, soyadla birgə “Təhvil verdim” deyə mesaj yazmağı unutmayın.

Ətraflı məlumat üçün: (+994 50) 988 02 52

Facebook: Dünəndən Bu günə

İnstagram: sergi_dunenden_bugune

Email: [email protected]/* */

OXŞAR XƏBƏRLƏR